Bikini bölgəsindəki ləkələri yox edən ÜSULLAR
Bikini bölgəsindəki qara ləkələr səbəbindən yay fəslində dənizə gedən zaman bikini geyməyə cəsarət edə bilməyən bir çox xanımlar var. Bu problem narahatlıq yaradır və diskamfort hissi yaşadır. Sizə bikini bölgəsindəki qaralmaların qarşısını almaq üçün bir neçə üsul təklif edirik:
Aloe vera
Aloe vera yarpağındakı geli qaralan bölgəyə sürtüb 20 dəqiqə gözlətdikdən sonra su ilə yuyun. Hər gün tətbiq edin.
Limon suyu
Bir limonu ikiyə bölüb bikini bölgəsinə sürtün. 10-15 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.
Ya da yarım limonun suyunu, 1 qaşıq qatıq və yarım çay qaşığı balla qarışdırıb həssas bölgəyə tətbiq edin. 10 dəqiqə gözlətdikdən sonra yuyun. Limon dərinizi quruda bilər. Ona görə də bu əməliyyatdan sonra nəmləndirici krem, ya da Hindistan qozu yağı çəkə bilərsiniz. Tüklərinizi təmizlədikdən sonra limon allergiyaya səbəb ola biləcəyi üçün belə üsulu tətbiq etməyə tələsməyin. Limon tətbiqindən sonra 1-2 gün dərinizi günəşdən uzaq tutun.
Xiyar suyu
Yarım xiyarın suyunu çıxarıb bütün bikini bölgəsinə sürtdükdən sonra 10-15 dəqiqə gözləyin və yuyun. Gündə 2 dəfə təkrarlayın. Və ya 2 qaşıq xiyar suyu, yarım qaşıq limon suyu və yarım qaşıq zərdəçal tozunu qarışdırıb qaralan bölgəyə sürtün. 10 dəqiqə gözləyin, sonra soyuq suyla yuyun. Gündə bir dəfə təkrarlayın.
Pomidor
Pomidoru kəsib yumru hərəkətlərlə qaralan bölgəyə sürtün. 10 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun. Gündə bir dəfə tətbiq edin.
Badam
5-6 badamı bir gecə suda saxlayın. Ertəsi səhər əzərək məcun halına gətirin. 1 qaşıq süd ilə qarışdırın, qaralan bölgəyə tətbiq edin. 10-15 dəqiqə gözlətdikdən sonra masaj edərək yuyun. Həftədə 2-3 dəfə təkrarlayın.
Süd
1 stəkan südə pambıq bez batırıb qaralan bölgəyə qoyun. 5 dəqiqə saxlayın. Bir neçə dəfə daha tətbiq etdikdən sonra bölgəni bir neçə dəqiqə masaj edin və yaxalanın. Gündə 2 dəfə təkrarlayın.
Karbonat
Suyun 3-də biri miqdarında karbonatı suyla qarışdırıb problemli bölgəyə sürtdükdən sonra qurumasını gözləyin. Sonra soyuq su ilə yuyun. Həftədə yalnız 2 dəfə tətbiq edin. Əgər dəriniz həssasdırsa, etməyin. Bu alternativ üsulları tətbiq etməzdən əvvəl mütəxəssislə məsləhətləşin.