Ağrıları azaltmağın əyləncəli yolu: gülün

loading...

Ağrıları azaltmağın əyləncəli yolu: gülün

Sübut edilib ki, gülməyin sağlamlığa təsəvvür edildiyindən daha çox faydası var. Amerikada aparılan araşdırmalardan biri isə gülməyin stressi azaltmaqda təsirli bir müalicə üsulu olduğunu ortaya çıxarıb. Araşdırmaya görə, şən bir qəhqəhə bədəndəki kortizol, adrenalin və dopamin hormonlarının səviyyəsini yüksəldir. Hətta hormonların nizamlı fəaliyyətini təşkil edir, immunitet sistemini qoruyur və xərçəngin qarşısını almağa kömək ola bilir. Bundan başqa, gülmək ağrıları da azalda bilir.Sizə gülməyin digər faydalarını təqdim edirik.

 

Tədqiqatçılar "xroniki ağrı çəkirsinizsə, müalicənizə kömək olması üçün gülməli bir  "stand up” və ya komediya filminə baxın", - təklifini verir. Çünki həyata müsbət baxmaq və şən olmaq ağrı səviyyəsini azaldır. Yalnız 15 dəqiqə belə içdən gülmək çətinliyin öhdəsindən gəlməyə 10 faiz müsbət təsir edir. Gülmə anında, eynilə məşq əsnasında ifraz olunan və ağrının şiddətini azaldan endorfin hormonu kimi, bədəndə adamın özünü yaxşı hiss etməsinə səbəb olan kimyəvi maddələr ifraz olunur.

 

Gülmənin zehin və bədən sağlamlığına faydaları isə bunlardır:

 

- Stress və gərginliyi azaldır.

 

- İnsanı stressə bağlı xəstəliklərdən qoruya bilir.

 

- Bədənin ağrıya dözümünü artırır.

 

- İmmunitet sistemini gücləndirir.

 

- Depressiya ilə mübarizə aparır.

 

- Həyatdan zövq alma duyğusunu ortaya çıxarır.

 

- Qan təzyiqini aşağı salıb, ürək funksiyalarını yaxşılaşdırır.

 

- Qan şəkəri səviyyəsini aşağı salır.

 

- Mənfi hissləri dəyişdirir və ruh yüksəkliyini artırır.

 

- Xərçəng xəstələrinin psixoloji müalicəsində dəstək təmin edir.

 

- İş mühitində optimizm, elastiklik, sənəti sevmək və digər müsbət duyğuları gücləndirir.

 

- Cinsi əlaqədə xoşbəxtliyi təmin edir.

 

- Güvən meydana gətirib ictimai həyatda çətinliklərlə mübarizə aparmağı asanlaşdırır.


loading...
Oxşar xəbərlər