Xərçəngə yoluxma riskini azaldan MÖCÜZƏVİ ÇAY

loading...

Xərçəngə yoluxma riskini azaldan MÖCÜZƏVİ ÇAY

 

 

Yaşıl çay süfrələrimizə qara çaydan sonra daxil olsa da, artıq bir çox insanın vərdişi halına gəlib. Ehtiva etdiyi bioaktiv maddələr sayəsində maddələr mübadiləsini sürətləndirir. Xərçəng növlərinə qarşı qoruma təmin edən yaşıl çay eyni zamanda köpü də aradan qaldırır.

 

Son zamanlar isə Yapon çay sənayesində əsas yer tutan matça çayı dünyada da məşhur olmağa başlayıb. Səbəbi isə yaşıl çaya nisbətən antioksidan təsirinin daha çox olmasıdır. Yaşıl çaydan fərqi toz halında olması və isti suya qarışdırılaraq hazırlanmasıdır. Ən çox önə çıxan xüsusiyyətlərindən biri də digər vasitələrdən 6 dəfə daha çox antioksidan ehtiva etməsidir.

 

Bu çay xərçəngə tutulmaq riskini azaldır. Amerika Xərçəng Birliyi tərəfindən təbii bir anti-xərçəng olaraq qəbul edilir və tərkibi xərçəngə tutulma riskini azaldır. Yaşıl çaydan digər bir fərqi isə bu komponenti yaşıl çaya nisbətən 137 qat daha çox ehtiva etməsidir. Son dövrlər gündəmdə olan antioksidan ehtiva edən matça çayının bir çox faydası mövcuddur. Aile.lent.az matça çayı və onun faydaları haqda məlumatı təqdim edir. 

 

 

Daha enerjili və diqqətli olmanıza kömək edir

 

Bir fincan matça çayında təxminən 30 mg kofein (bir fincan qəhvədəki kofeinin üçdə biri qədər) olsa da, ehtiva etdiyi L-theanine ilə kofeinin əmilməsini yavaşladır, kofeinin müsbət təsirlərinin daha uzun zaman davam etməsini təmin edir. 2009-cu ildə aparılan elmi araşdırmalardan birinin nəticələrinə görə, pis xüsusiyyətli xolesterolu salmağa kömək edir. Bu səbəbdən də ürək sağlamlığı üçün faydalıdır.

 

 

Matça çayı necə hazırlanır?

 

Toz halında olan matça çayı süzgəcdən keçirilərək stəkana tökülür və su ilə qarışdırılır. Suyun ideal istiliyi 70-80 dərəcə arasındadır. Gündə 1-2 qram içmək kifayətdir. Oxşar yaşıl çay və digər bitki çayları kimi, təklif ediləndən çox içmək qaraciyər çatışmazlığına yol aça bilər. Digər bitki çaylarında olduğu kimi, gündə ən çox 2-3 fincan limitini aşmaq məsləhət deyil.

 

Çaya allergiyası, anemiyası, reflüks kimi həzm sistemi problemi olanların və ya ishal yaşayanların, hamilə, süd verən qadınların içməsi qadağandır. Böyrək daşı olanlara da matça çayı məsləhət deyil. Hər hansı bir xəstəliyi olanlar həkim və dietoloq məsləhəti ilə içə bilərlər.


 

loading...
Oxşar xəbərlər