DİQQƏT: uşağınız gecə çox tərləyirsə...
Tərləmə fizioloji bir haldır. Bədənin istiliyinə beynin hipotalamus bölgəsindəki istilik tənzimləmə mərkəzi tərəfindən nəzarət edilir. Əsasən iki növ tərləmə var: termorequlyator və emosional tərləmə. Tərləmənin faydası tər vəzilərinin yaydığı mayenin bədəndən atıldıqdan sonra buxarlanması və beləcə, həddindən artıq istilərdə bədənin istilik tarazlığını qorumasıdır. Tərləmənin ikinci faydası isə insan bədənindəki zərərli maddələrin tərləmə yolu ilə xaric edilməsidir. Lakin tərləməni hər zaman təbii qəbul etmək olmaz. Xüsusən də uşaqlarda. Aile.lent.az-ın məlumatına görə, uşaqların gecələr tərləməsi valideynləri ən çox narahat edən vəziyyətdir. Həkimlər deyir ki, uşaqlarda tez-tez rast gəlinən tərləmə hallarından narahat olmağa dəyməz. Çünki yatağın və paltarların isti olması da gecələr tərləməyə səbəb ola bilər. Gece tərləməsinin səbəbləri Uşaqlarda gecə tərləməsi müxtəlif səbəblərdən ola bilər. Ümumiyyətlə, tərləmə fizioloji, yəni alt qatında xəstəlik olmayan normal bir vəziyyətdir. Ən çox ətraf faktorlarından qaynaqlanır. Çox geyinmək, örtülmək, evin, otağın isti olması da tərləməyə səbəb olur. Uşaqlar yetkin yaşda olan insanlara nisbətən daha tez və asan tərləyirlər. 2012-ci ildə Türkiyədə 7-12 yaş arası 6381 uşaq arasında aparılan araşdırma sübut edib ki, uşaqların 11,7% -i həftədə ən az 1 dəfə gecə tərləyir. Oğlan uşaqlarında isə bu, daha çox müşahidə edilir. Ancaq uşaqlarda gecə tərləmələrinə bəzi sağlamlıq problemləri də səbəb ola bilər. Məsələn, viral infeksiyalar, bronxit, sinus infeksiyası, sətəlcəm və s. Əgər uşağınız gecə yarısı oyanırsa və həddindən artıq susayır, acırsa, bu, diabet xəstəliyinin əlaməti ola bilər. Uşaqlarda həddindən artıq tiroid hormonunun (tiroksin) ifraz olunması, hipertiroid də həddindən artıq tərləməyə səbəb olur. Hipertiroid narahatlığı olan uşağın bədəni yorğun olur, çox arıqlayır və qarın ağrıları olur. Bunlarla yanaşı, 4-8 yaş arası uşaqlarda gecə qorxulu yuxu ilə oyanmaq da gecə tərləmələri ilə müşahidə edilir. Bundan başqa tərləmə gecə tərləməsi hodgkin xəstəliyi, qan xərçəngi, bədxassəli dəri xərçəngi, vərəm, beyin xəstəlikləri kimi çox ciddi xəstəliklərin işarəsi ola bilər. Gecə tərləmələrinin qarşısı necə alınmalıdır? Bunların hamısını tətbiq etsəniz, uşağınızda gecə tərləməsi hallarına rast gəlinməz. Əgər bunlara rəğmən də uşaqda həddindən artıq tərləmə müşahidə edilərsə və başqa şikayətlər (məsələn, çəki itkisi, iştahsızlıq) olarsa, mütləq həkimə müraciət edin.