Özbək plovunun HAZIRLANMA QAYDASI

loading...

Özbək plovunun HAZIRLANMA QAYDASI

Özbək plovunun hazırlanma qaydasını təqdim edirik.

Ərzaqlar:

1 kq düyü

1 ədəd toyuq

1 kq kök

0,5 kq soğan

5 baş sarımsaq

1 st. yağ

Sarıkök

Duz

İstiot

 

Hazırlanması:

Toyuğu doğrayırıq, yarı qızardırıq. Soğanı uzunsov doğrayıb, üzərinə sarıkök vurub pörtlədirik. Sarımsaqların yalnız üst qatını soyub hazır qoyuruq. Soğana uzunsov doğranmış kökü əlavə edib bağlı qapaq altında bişiririk. Kök yarı hazır vəziyyətdə olanda üzərinə toyuqları düzürük. Döş ətini əlavə etsəniz, digər tikələr kimi qızartmayıb birbaşa qazana qoyun. Aralara sarımsaqları yerləşdiririk. Üzərinə yuyulmuş düyünü töküb yayırıq. Ardınca duz və su əlavə edirik. Su düyüdən iki barmaq yuxarı olmalıdır. Təxminən 40 dəqiqə keçdikdən sonra qazanın qapağını parça ilə bağlayıb, 30-40 dəqiqəlik dəmə qoyuruq. Özbək aşımız hazırdır. Nuş olsun!


 

loading...
Oxşar xəbərlər