Qozlu Mütəkkə ( Mutaki ) RESEPTİ
Aile.fenomen.az saytı məlumat verir ki,
Qozlu mütəkkə zərif dadı ilə fərqlənən və demək olar ki, ən çox sevilən şirniyyatlardandır.Bu gün məlumatda şirniyyatın reseptini sizinlə də bölüşəcəyik.
Beləliklə, mutakini hazırlamaq üçün aşağıdakı məhsullar lazım olacaq :
Xəmiri üçün :
1 st şəkər tozu
1 st qatıq
100 qr duru yağ
50 qr kərə yağı
2 ədəd yumurta
apardığı qədər un
qabartma və vanel
İçlik üçün :
qoz 250 qr
şəkər tozu 200 qr
vanel
Üzəri üçün :
yumurtanın sarısı
küncüt
Hazırlanma prosesi
İlk öncə xəmiri hazırlamaq lazımdır.Adı yuxarıda qeyd olunan bütün məhsulları əlavə edirik və sonda unu qarışdırırıq.Yumşaq xəmir alınmalıdır.Xəmir hazır olduqdan sonra onu yarım saatlıq kənara qoyun və içliyi hazırlamağa keçid alın.Qozu üyüdün, şəkər tozu və vanellə yaxşıca qarışdırın.
Müəyyən zaman keçdikdən sonra xəmiri istədiyiniz normal ölçüyə uyğun kündələyin və yayıb üçbucaqlar formasında kəsin.Kəsdikdən sonra üçbucaqların enli tərəfinə içlikdən qoyub qıraqlarını ehmalca içəriyə doğru qoyub uzununa istiqamətdə bükün.Bükülən xəmirlər sizə sanki mütəkkəni xatırladacaq.Hazırladıqdan sonra mutakiləri soba listinə düzün və üzərini yumurtanın sarısını çəkib, küncüt səpin.Sobanı 180 dərəcədə qızdırın və şirniyyatı içərisinə qoyun.Qızardığı zaman çıxarın və mutakilər hazırıdır.
NUŞ OLSUN !