Çox Dadlı ƏTLİ BLİÇİKİN Hazırlanma Qaydası

loading...

Çox Dadlı ƏTLİ BLİÇİKİN Hazırlanma Qaydası

 
 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Bu gün məlumatımızda ətli blinçikin hazırlanma qaydasını sizinlə bölüşəcəyik.Beləliklə, blinçiki hazırlamaq üçn aşağıdakı məhsullar tələb olunur:


Blinçik üçün :


2   stəkan süd
2 ədəd yumurta
1 çay qaşığı şəkər tozu
1 stəkan un
4 xörək qaşığı duru yağ
1 stəkan - 1 stəkan yarım un
1 çimdik duz


Qiymə üçün :


ət
soğan 
yağ
duz və istiot 


İlk öncə blinçikin içliyini hazırlamaq lazımdır.Ət və soğan maşından keçirildikdən sonra birlikdə suyu çəkilənə kimi qovrulur.Yağ, duz, istiot əlavə olunur.


Daha sonra isə blinçiki hazırlamaq lazımdır.Yuxarıda bliçik üçün adı çəkilən bütün məhsullar ( duru yağ istisna olmaqla ) bir qaba əlavə olunur və mikserlə çalınır.Çaldıqdan sonra yağı da əlavə edirik və çalırıq.Blinçik üçün xəmir hazırdır.
Tava götürülür, ocaqda qızdırılır və pambığın köməyi ilə qızdırılmış tavanın içərisi yağlanır.Daha sonra isə çömçənin köməyilə bir bir blinçiklər bişirilir.Bişirilən blinçiklər içərisinə qiymə qoyularaq bir dəfə daha qızardıldığı üçün blinçikin bir üzünü çox da qızartmaq olmaz.


Blinçiklər hazır olduqdan sonra qızardılmış üzünə qiymə qoyulur və bükülür.Tavaya yağ əlavə olunur və bükülən blinçiklər qızardılır.


Süfrəyə isə xama ilə verilərsə lap ləzzətli olar !

 
 

loading...
Oxşar xəbərlər