Göbələkli blinçikin HAZIRLANMA QAYDASI
loading...
Hər ailənin sevərək yediyi blinçikin göbələkli növünün hazırlanma qaydasını təqdim edirik
Ərzaqlar:
3 ədəd yuxa
100 qr. şampinyon göbələyi
2 ədəd soğan
50 qr. holland pendiri
Göyərti zövqə görə
Duru yağ
Duz-istiot zövqə görə
Hazırlanması:
1. Göbələk və soğanı doğrayıb yağda qızardın.
2. Yuxanın üzərinə pendiri sürtgəcdən keçirib tökün, üzərinə hazır olmuş göbələk və soğanı da əlavə edin.
3. Yuxanı dördkünc büküb 5 dəqiqə tavada qızardın.
Nuş olsun!
.loading...