Dadlı və Çox Məşhur Kiyev KOTLETİNİN hazırlanma qaydası
Aile.fenomen.az saytı sizinlə çox dadlı reseptlərini bölüşməyə davam edir.
Kotleti hazırlamaq üçün bizə aşağıdakı məhsullar lazımdır :
Toyuğun döş əti
Holland pendiri ( çubuq şəklində kəsilmiş )
Kərə yağı ( soyudulmuş və orta nazik ölçüdə çubuq şəklində kəsilmiş )
Duz, istiot
Kotleti urvalamaq üçün :
Yumurta
Suxarı
Hazırlanma qaydası :
İlk öncə döş ətini xüsusi mətbəx çəkici ilə döyəcləyirik və ətimiz nazik şəkildə açılır.Daha sonra üzərinə duz istiot səpirik.Sonra isə ətin üzərinə yanaşı olaraq pendir və yağı qoyub əti bükürük.Ətlər büküldükdən sonra qıraqda yumurtanı çalırıq, ətləri növbə ilə bir dəfə yumurtada bir dəfə suxaridə batırıb çıxarırıq.Tavada yağı qızdırırıq və kotletlərimizi qızılı rəng alanadək qızardırıq.
Nuş Olsun !