Alma Və Ərik Ceminin Hazırlanma Qaydası

loading...

Alma Və Ərik Ceminin Hazırlanma Qaydası

 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Alma cemini hazırlamaq üçün aşağıdakı reseptə əməl edin.


Lazım olan ərzaqlar :


alma - 1 kq
şəkər tozu - 1 kq


Alma cemini hazırlamaq üçün ilk öncə almaları təmizləyib dilimləmək lazımdır.Dilimlədikdən sonra bir qazana tökün və almaları bişirin.Bişən almaları süzgəcdən keçirin və yenidən qazana tökü.Üzərinə şəkər tozunu da əlavə edib qarışdırın və ocağın üzərinə qoyun.Yarım saat bişirin və cem hazırdır.


Ərik cemini hazırlamaq üçün :


ərik - 4,5 kq
şəkər tozu - 2,5 kq


Ərikləri ilk öncə tumlarından təmizləyin.Sonra isə əriyi ətçəkən maşından keçirin.Qazan töküb yarım saat bişirin.Şəkər tozunu əlavə edin və qarışdırın.Bir az da bişirdikdən sonra cem hazırdır.Zövqünüzə uyğun içərisinə qoz, fındıq kimi çərəzlər də əlavə edə bilərsiniz.

 

NUŞ OLSUN!

 

loading...
Oxşar xəbərlər