Sadəcə 3 Məhsulla Özünüz DONDURMA HAZIRLAYIN !
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Yay fəslidir və dondurma əksəriyyətimizin imtina edə bilməyəcəyimiz məhsuldur.Yəqin ki, çoxlarınıza onun hazırlanma qaydası maraqlıdır.Bu gün məlumatımızda biz sizə sadəcə 3 məhsuldan istifadə edərək dondurma hazırlama qaydasını öyrədəcəyik.
LAZIM OLAN ƏRZAQLAR :
Qaymaq - 200 qr
Yumurta - 5 ədəd
Şəkər tozu - 10 xörək qaşığı
HAZIRLAMA QAYDASI :
İlk növbədə yumurtaları ağını sarısından ayırın və ayrı - ayrı qablara qoyun.Ayırdıqdan sonra yumurtanın sarısına 5 xörək qaşığı şəkər tozu əlavə edib, qarışdırıb kənara qoyun.Daha sonra kənarda qaymağı götürün və qaba əlavə edib köpürənə qədər mikserlə çalın.Bunu da kənara qoyun.Yenə başqa bir qabda yunurtanın ağını götürün, içərisinə qalan 5 xörək qaşığı şəkər tozunu əlavə edin və onu köpürənə qədər mikserlə çalın.Sonda isə bütün məhsulları köpürmüş qaymağın üzərinə əlavə edin və qaşıq vasitəsilə qarışdırın və qablara yığaraq soyuducunun buzxanasına qoyun.
QEYD : zövqünüzə görə onun içərisinə vanel, kakao, şokolad, yaxud da meyvə dilimi də əlavə edib qarışdırıb soyuducuya qoya bilərsiniz.
İki saatdan sonra dondurmanız hazırdır.
NUŞ OLSUN !
loading...