Xalq Təbabəti Yolu İlə Uşaqlarınızın İmmun Sistemini Möhkəmləndirin
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Çaytikanı qarışımı - 200 qr yuyulmuş çaytikanı dənələrini 2 xörək qaşığı şəkər tozu ilə əzin.Alınmış qarışımı soyuducuda saxlayın və gündə iki dəfə 1 çay qaşığı qədərində uşaqlarınıza verin.
Bal və soğan - 250 qr qədərində sdoğranmış soğanı, 0,5 lt suyu və 200 qr şəkəri kiçik ocaqda iki saata yaxın müddətdə bişirin.Daha sonra qarışımı soyumaq üçün kənara qoyun.Soyuduqdan sonra içərisinə 1 xörək qaşığı bal əlavə edin.Soğanlı ballı bu qarışımı gün ərzində 3 dəfə 1 çay qaşığı qədərində uşaqlarınıza verin.
Zoğal - 0,5 kq zoğalı götürün və onu əzin.Alınmış kütləyə 3 ədəd xırda doğranmış alma, 1 stəkan qoz, 0,5 kq şəkər tozu və 0,5 stəkan su əlavə edin.Bütün bu məhsulları çox kiçik ocaq üzərinə qoyun və qaynayana kimi bişirin.Soyuduqdan sonra gün ərzində iki dəfə 1 çay qaşığı miqdarında uşaqlarınıza verin.
İtburnu - itburnudan hazırlanmış dəmləməni payızın əvvəlində uşaqlara vermək lazımdır.Müalicə kursu iki ay davam etməlidir.
Vitaminlər qarışımı - eyni miqdarda qaysı, gavalı qurusu, kişmiş, qoz, incir qurusu götürün və bütün bu quru meyvələri üzərinə yarım ədəd limonun suyunu və 1 xörək qaşığı balı əlavə edin.3 - 4 çay qaşığı belə dadlı dərman uşaqlarınızın immunitetini xeyli möhkəmləndirəcək.
loading...