Nəfəs Yollarının Müalicəsi üçün Xalq Təbabəti Üsulu ilə müalicə
Aile.fenomen.az saytı ənənəvi üsullarla müalicə yollarını sizinlə paylaşmağa davam edir.
Nəfəs yollarının ənənəvi üsulda müalicəsi üçün bir sıra reseptlərlə sizi də tanış edirik.
Resept 1.
İpək parça götürün və onu bərabər miqdarda aşağıdakı mayelərlə isladın.
bitki yağı
çaytikanı yağı
kamfor yağı
3 % - li sirkə
Parçanı bu mayelərlə islatdıqdan sonra onu bir neçə saat dincə qoyun.Hazırlanmış məhlulu yaxşıca canına çəkmiş parçanı gecəlik sinənizin üzərinə qoyun.Belə kompressləri gün ərzində iki dəfə - səhər və axşam tətbiq edin.
Resept 2.
Bu reseptin hazırlanması üçün bizə çaytikanı qurusu lazımdır.1 çay qaşığı qurunu qaynadılmış su ilə tökün və onu 4 – 5 dəqiqə saxlayın.Bu vitaminli içkini gecələr çay əvəzi için.Qarışıma bir neçə qaşıq bal yaxud moruq mürəbbəsi də əlavə etmək olar.
Resept 3.
Yarım stəkan çaytikanı şirəsini yarım stəkan təzə süd ilə qarışdırın.Gün ərzində 5 dəfə 1 xörək qaşığı qədərində qəbul edin.
Resept 4.
Bu qarışım həddindən artıq effektiv hesab olunur :
Yarım stəkan çaytikanı şirəsini 3 xörək qaşığı balla qarışdırın və zəif ocaqda bəlli bir kütlə alınana kimi bişirin.Bu qarışımı hər 2 saatdan bir qəbul edin.