Yüksək təzyiq əleyhinə ÇOX ASAN ÇIXIŞ YOLLARI
Bu məlumatımızda təzyiqdən qurtulmaq üçün ənənəvi üsullardan istifadə edərək müalicə olunmağın yollarını sizinlə paylaşacağıq.
Boranı və limon qarışımı.
2 ədəd limon
1 kq. boranı
1 kq. şəkər tozu
Boranının içərisi və limonları (qabıqlı) ətçəkən maşından keçirin və şəkəri əlavə edib qarışdırın.Alınan qarışımı hər yemək zamanı yeməkdən öncə 1 xörək qaşığı qədər qəbul edin.Soyuducuda saxlayın.
Qeyd : yaxşı olar ki, qarışımda şəkər əvəzi bal əlavə edəsiniz.
Sarımsaq və alma sirkəsi.
1 diş sarımsaq
1 çay qaşığı alma sirkəsi
200 ml. su
Hər səhər əzilmiş sarımsağı yeyin və onu alma sirkəsi ilə qarışdırılmış su ilə için.
Çuğundur – bal qarışımı.
200 qr. bal
300 ml. çuğundur şirəsi
Şirəyə balı əlavə edin və qarışdırın.Gün ərzində yeməkdən öncə 2 – 4 dəfə 1 xörək qaşığı qədərində qəbul edin.