Qadınların problemi: vaginal qoxudan qurtulmaq üçün TƏBİİ ÜSULLAR
Vaginal qoxu qadınların həyatında ən az bir, ya iki dəfə mübarizə apardıqları geniş yayılmış bir problemdir. Vaginal qoxu bakteriya, cinsi yaxınlıq zamanı yoluxulan infeksiya, göbələk infeksiyası və bu kimi digər səbəblərdən dolayı yaşanır. Əgər qoxuya səbəb hansısa infeksiyadırsa, vaginal bölgədə qızartı və qaşınma kimi əlamətlər də ola bilər. Səbəbi nə olursa-olsun, vaginal qoxunun arxasında yatan səbəb çox utancvericidir. Vaginal qoxunun müalicəsi üçün bir neçə həll yolu təqdim edirik. Sarımsaq Sarımsaq vaginal infeksiyalarla başa çıxmağa yardım edə biləcək çox güclü təbii antibiotikdir. Gündəlik olaraq çiy, ya da bişmiş şəkildə yeyilməlidir. Bir stəkan isti su ilə ac qarına bir və ya iki diş çiy sarımsaq yeyə bilərsiniz. Sarımsağın tərkibində olan antifungal xüsusiyyətlərə sahib üzvi birləşmələr sayəsində mövcud göbələk infeksiyası ilə mübarizə apara və pis qoxudan xilas ola bilərsiniz. Narıncıkimilər Narıncıkimilər nəslindən olan portağal, naringi, qreypfrut kimi meyvələr vaginal bölgədəki infeksiyaların müalicəsində təsirli olaraq istifadə edilə bilər və qoxuların qarşısını alır. Tərkibindəki C vitamini sayəsində immuniteti gücləndirir və bədəndəki toksinlərin atılmasına yardımçı olur. İmmunitetin güclü olması isə vaginal qoxuya səbəb olan bakteriyalarla mübarizənin gücləndirilməsinə yardımçı olur. Üzüm, portağal, limon, qreypfrut, ananas və bu kimi meyvələr qadınların çox yeməli olduğu meyvələrdir. Bu qidalar həm də sidik yolu infeksiyalarına qarşı da mübarizə aparır. Su için Vaginal qoxu ilə başa çıxa bilmənin ən vacib yollarından biri də bol su içməkdir. Bunun sayəsində bədən zərərli bakteriya və toksinlərdən təmizlənir. Həm də su vaginal qoxu səbəblərindən bədəndə çox toplanmış şəkərin uzaqlaşdırılmasına da yardımçı olur. Vaginal qoxusu olan qadınlar kafein və şəkərli içkilərdən də uzaq durmalıdır. Çay ağacı yağı Çay ağacı yağı ən güclü antifungal və antiseptik özəlliklərə malikdir. Çay ağacı yağını su ilə qarışdırıb vaginal bölgəni bununla durulayın. Ya da üç stəkan saf alma sirkəsi ilə birlikdə üç damcı çay ağacı yağını vannaya doldurduğunuz suya qatın. Sonra yarım saat içində oturun. Bir həftə içində üç-dörd dəfə edildiyində güclü vaginal qoxuya səbəb olan bakteriyalardan qurtulmağa yardımçı olacaq.
Qabartma tozu Qabartma tozu bədəninizdəki PH səviyyəsini tənzimləmək üçün istifadə edilə bilər. PH səviyyəsi tənzimləndikdən sonra vaginal qoxu problemi avtomatik olaraq həll ediləcək. Sadəcə bir stəkan isti suyun içinə bir xörək qaşığı qabartma tozu əlavə edin və gündə bir dəfə için. Ya da vanna suyuna yarım fincan qabartma tozu əlavə edib qarışdırın və 20 dəqiqəyə qədər vaginal bölgənizi o suda saxlayın. Təmiz bir dəsmalla qurulanın. Bu, göbələk infeksiyası və vaginal qoxuya qarşı çox effektli bir üsuldur. Alma sirkəsi Əslində alma sirkəsi qatılmış su ilə çimmək vaginal qoxulardan qurtulmağın ən effektli yollarından biridir. Vannaya ilıq su və bir az alma sirkəsi əlavə edib ən az yarım saat bu suda oturun. Dörd-beş qat daha tez nəticə əldə etmək üçün bir həftə bunu edin. Qatıq Vaginal qoxu müalicəsində istifadə edilə biləcək digər seçim qatıqdır. Qatıq vaginanın PH səviyyəsinin normala qayıtmasına yardımçı olur. Lactobacillus baxımından zəngindir. Bu qadınlar qidalanmasında da qatığa çox yer verməlidirlər. Gündəlik olaraq iki stəkan sadə qatıq içməyə çalışın. Ya da başqa üsul olaraq tamponu qatıqla isladın və vaginaya qoyun. Tamponu çıxardıqdan sonra həmin bölgəni yaxşıca durulayın. Ağ sirkə Əgər vaginal qoxu kimi probleminiz varsa, ağ sirkə istifadə edin. Ağ sirkə qoxuları neytrallaşdırmaq və qoxuya səbəb olan proteinləri yıxmaq gücünə malikdir. Bir vanna suya yarım stəkan ağ sirkə və duz əlavə edin, bir neçə dəqiqə bu suda oturun. Daha yaxşı nəticə üçün soyuq su yerinə ilıq su istifadə edin. Həftədə bir neçə dəfə bunu edin. Çəmən otu Çəmən otu qadın üçün olduqca faydalıdır. Müntəzəm qəbulu hormonların tənzimlənməsinə və menstruasiyanın qaydasına düşməsinə kömək edir. Vaginal qoxu problemi olan qadınlar çəmən otunu təbii halı ilə yeməlidir. Bir stəkan suya bir çay qaşığı çəmən toxumu əlavə edib gözləyin. Yatmadan əvvəl və ertəsi gün ac qarına gündə iki dəfə için. Çəmən otu ilk dəfə istifadə edildiyində ishal və dəri qaşınmasına səbəb ola bilər. Ona görə əvvəlcə sınayın, sonra müntəzəm istifadə edin.