Çox Dadlı Quymaq Resepti

loading...

Çox Dadlı Quymaq Resepti

 
Çox Dadlı Quymaq Resepti

Aile.fenomen.az saytı məlumat verir ki,

Artıq qarşıdan soyuq günlər gəlir.Ona görə də evdə kalorili yeməkləri hazırlamamız gərəkir. 
Quymağı hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır :

Lazım olan məhsullar :

2 xörək qaşığı kərə yağı

4 - 5 xörək qaşığı un

1/3 ç.q sarıkök

1/3 ç.q darçın

1/3 ç.q duz

5 st qaynadılmış soyuq su

Şəkər kirşanı ya da şəkər tozu



İlk öncə yağ tavaya əlavə olunur və tavada yağ qızdırıldıqdan sonra un əlavə edib qovrulur.
Zövqə görə duzunu və sarıkökünü tökürük. Sonra qaynar su töküb tez-tez qarışdırırıq. Kütlə şişəcək. Elə tava götürün ki, böyük və dərin olsun. Həm də suyu tökəndə ehtiyatlı olun. Yağ üzünə çıxanda vam odda dəm almağa qoyuruq. Dəm alanda altı qazmaq tutacaq. İstəsəniz qazmaq tutduqca çevirin qalan hissələri də qazmaq tutsun. Quymağı qablara yığıb üstünə şəkər kirşanı ya da şəkər tozu və darçın səpib süfrəyə veririk.

Nuş Olsun!
 

loading...
Oxşar xəbərlər