Evdə Özünüz Şokolad Yağı Hazırlayın!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Şokolad yağı əksəriyyət insanların, xüsusilə də kiçik yaşlı uşaqların səhər yeməklərinin əvəzolunmaz dadıdır.Lakin, hazır alınmış şokolad yağlarının tərkibində palma yağı mövcud olur.Məlum olduğu kimi də bu dadlı məhsula əlavə edilən bu qatqı qeyri - sağlam hesab edilir.Belə ziyanlı əlavə qidalardan uzaq durmaq üçün isə indi paylaşacağımız məlumatda şokolad yağının hazırlanma qaydasını bölüşəcəyik.Beləliklə, şokolad yağını hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır :
2 xörək qaşığı şəkər tozu
2 xörək qaşığı un
2 xörək qaşığı yağ
4 çay qaşığı kakao
6 xörək qaşığı süd
1 stəkan fındıq
6 xörək qaşığı şəkər pudrası
2 paket vanel
Hazırlanma qaydası :
Yağ, şəkər tozu və unu bir tavada un və şəkər tozu əriyənə kimi qovurun.Lakin, qovrulan zaman diqqət etmək lazımdır ki, yağ yanmasın.Daha sonra isə soyuması üçün kənara qoymaq lazımdır.Fındıqlar əzilib krem halına gələnə kimi maşından keçiririk.Fındıqlar hazır olduqdan sonra onu qarışımın üzərinə əlavə edib, daha sonra sadalanan bütün məhsulları əlavə edib yaxşı qarışdırmaq lazımdır.Beləliklə, şokolad yağı hazırdır.
NUŞ OLSUN!
loading...