Mürəbbəli Piroq Resepti

loading...

Mürəbbəli Piroq Resepti

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bu piroqun digərlərindən fərqi olduqca asan və ucuz başa gələn olmasıdır.

Lazım olan məhsullar :

 Xəmir üçün:

Un - 1kq
Yağ - 100 qr
Şəkər tozu - 200 qr
Süd - 1stəkan
Qatıq - yarım stəkan
Maya - 1xörək qaşığı 

İçlik üçün :

Mürəbbə (zövqə görə )

Üzəri üçün :

Yumurta sarısı

Piroqu hazırlamaq üçün ilk növbədə xəmiri yoğurmaq lazımdır. Mayanın üzərinə  3 xörək qaşığı süd və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın və üstünü bağlayıb 5 dəqiqə gözləyin.Bu qarışım xəmiri daha gözəl və tez acımasına yardım edəcək.Xəmiri yoğuracağınız qaba yuxarıda adı çəkilən bütün məhsullar və hazırlanan maya qarışımı əlavə olunur və çox da möhkəm olmayan bir xəmir yoğurulur.Acıması üçün xəmir kənara qoyulur.
1 - 2 saat sonra xəmir şişdikdən sonra əlinizi xəmiri asan götürmək üçün bir balaca duri yağa batırın.Soba listini götürmək və listi ya yağlamaq ya da perqament kağızla örtmək lazımdır. Xəmirdən bir qədər götürüb kənara qoyun.Qalan xəmiri isə soba listinə yayın.Xəmirin üzərinə istədiyiniz mürəbbəni yaxud cemi çəkin.Kənara ayırılan xəmirdən isə uzun ip şəkili verərək mürəbbənin üzərinə qoyun və görünüş üçün istədiyiniz formanı verin.Sonda isə yumurta sarısını üzərinə çəkin və 180 dərəcədə üzəri qızarana kimi bişirin.
Nuş olsun!
 

loading...
Oxşar xəbərlər