EVDƏ ÖZÜNÜZ HAMBURGER HAZIRLAYIN

loading...

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Hamburgerin çörəyini hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır :

600 qr un ( 3 stəkan tam dolu və 1 stəkan yarım ) ;
120 qr kərə yağı ;
1 stəkan süd ;
1 stəkandan bir qədər az su ;
1 çay qaşığı şəkər tozu ;
2 çay qaşığı duz ;
1 çay qaşığı maya.


Çörəyin üzərinə çəkmək üçün :

1 ədəd yumurta
2 xörək qaşığı süd
küncüt


Əti hazırlamaq üçün :

500 qr mal əti qiyməsi
duz, istiot


Sousu üçün :
mayonez
ketçup
xardal


İlk öncə hamburger çörəyinin xəmirini hazırlamaq lazımdır.Bir qabda ilıq süd və ilıq suya şəkər tozu və maya əlavə edilib qarışdırılır və ağzı bağlanıb 5 dəqiqəlik köpməsi üçün kənara qoyulur.Köpdükdən sonra yuxrıda adı çəkilən bütün məhsullar da əlavə olunub ən azı 10 dəqiqə xəmiri yoğurun.Xəmir nə qədər çox yoğrularsa bir o qədər gözəl bişmələr alınır.Xəmiri yoğurduqdan sonra top halına gətirib ağzını bağlayıb isti bir yerdə 10 - 15 dəqiqə saxlayın.Zaman keçdikdən sonra xəmiri böyük istəyirsinizsə 7, bir az kiçik istəyirsinizsə 10 kündəyə ayırın.Kündələri düzəldib 5 dəqiqə daha gözləyin.5 dəqiqə keçdikdən sonra kündələrin üzərinə bir az əlinizlə basıb daha 25 - 30 dəqiqə saxlayın.Vaxt keçdikdən sonra fırçanın köməyilə yumurta və südü qarışdırıb kündələrin üzərinə çəkin.Daha sonra üzərinə küncüt səpin əvvəlcədən 200 dərəcədə qızdırılmış sobaya qoyun.Bişdikdən sonra isə kənara soyumağa qoyun.


Hamburgerin ətini hazırlamaq üçün isə qiyməyə duz və istiotunu əlavə edib yaxşıca yoğurun.Taxtanın üzərinə bir az un səpin və əti üzərinə qoyub dairə şəklində forma verin.Əti hamarlayıb stəkanın ağzı ilə də kəsmək mümkündür.Sonra isə soyuducunun buzluğuna qoyulur.Ətlər buzluqda 1 saat yaxud yarım saat saxlandıqdan sonra onu hər iki tərəfli qızartmaq lazımdır.
Hamburgeri hazırlaması üçün bizə yalnız ət deyil, həm də kahı, xiyar turşusu, pomidor, soğan və pendirdə lazımdır.Əgər hamburgerinizdə pendiri bir qədər ərinmiş istəyirsinizsə dilim şəklində kəsilmiş pendiri əti qızartdığınız zaman bişənə yaxın pendiri ətin üzərinə qoyub 4 - 5 dəqiqəlik ağzını bağlayın.


Hazırlanan hamburger çörəklərini ortadan kəsmək  və çörəyin bir tərfinin üzərinə mayonez, xardal və ketçup çəkib üzərinə ət, pendir, soğan, pomidor, xiyar turşusu və kahını qoyub ( aralarına istədiyiniz qədər souslardan çəkə bilərsiniz ) üzərinə digər çörəyin də üzünə sous çəkib bağlayın.Hamburger hazırdır.


NUŞ OLSUN!


 


loading...
Oxşar xəbərlər