Dadlı Kabab Bişirməyin QAYDALARI
Aile.fenomen.az saytı məlumat verir ki,
Qoyun ətindən kabab
Qoyun ətindən dadlı kabab bişirmək üçün 1 kq qoyun ətinin bel hissəsindən tikələri 4 sm - 4 sm hissələrə ayırın.Üzərinə soğanı iri halqalara kəsib üzərinə əlavə edin və sonra duz əlavə edib barmaqlarınızla yüngülcə sıxın və qarışdırın.Əti marinə emək üçün bir qaba qoyun və üzərinə 2 xörək qaşığı xırda doğranmiş şüyüt və 1 çay qaşığı qarabibər əlavə edin.Sonra isə üzərinə yarım ədəd limon sıxıb yaxşı - yaxşı qarışdırın.Əti hazırladıqdan sonra üzərinə ağır qab qoyun.Ət sərin yerdə, təxminən 6 saat marinə olunmalıdır.Zaman keçdikdən sonra isə ətləri şişə taxın və 20 dəqiqə ərzində közdə bişirin.
Toyuq ətindən kabab
Kababı hazırlamaq üçün 1,5 kq toyuq filesi, 200 qr xama, 200 qr mayoez, 0,5 kq soğan, üyüdülmüş qarabibər, paprika və duz lazımdır.Soğanı yarımhalqa şəklində doğrayın və əlinizlə sıxın.Toyuq filesini hissələrə doğrayın, soğanla qarışdırın, duzlayın, istiotlayın, mayonez və xama əlavə edin, qarışdırın və 12 saatlıq sərin yerə qoyun.Əti şişlərə taxıb bişənə kimi qızardın.