loading...
loading...

Sezar SALATI

loading...

Sezar SALATI

 
Aile.fenomen.az saytı məlumat verir ki,


Bu gün sizinlə çox dadlı salat olan sezar salatının reseptini böleşəcəyik.Beləliklə, salatı hazırlamaq üçün lazım olan məhsullar :


Toyuq filesi - 300 qram

Pomidor çerri - 5 - ədəd

Parmezan pendiri - 50 qram

Zeytun yağı - 8 xörək qaşığı ( 1 xörək qaşığı sousu üçün, qalanı isə salat üçün )

Sarımsaq - 2 - 3 diş

Baton çörək - 2- 3 dilim

Kahı

Duz - zövqə görə

İstiot - zövqə görə

Yumurta - 1 ədəd

Bitki yağı - 30 m\l

Xardal - 0,25 çay qaşığı

Limon şirəsi - 1- 2 çay qaşığı

Balzemik sirkəsi - 2 - 3 damcı

Konservləşdirilmiş ançouslar - 3 - 4 ədəd


SOUSUN HAZIRLANMASI


Qaba limon şirəsi və xardalı əlavə edin.Blenderlə çalın.Daha sonra ançousları xırdalayın və qarışıma əlavə edib yenə kütlə alınana kimi çalın.Bitki yağı və zeytun yağını da əlavə edin.Sonda isə balzamik sirkəni əlavə edin və bir daha qarışdırın.Sous hazırdır !


SALATIN HAZIRLANMASI

Yumurtanı bişirin və kənara qoyun.Daha sonra fileni doğrayın, duz və istiot vurub 20 dəqiqəlik kənara qoyun.


Sarımsağı doğrayın və 6 xörək qaşığı zeytun yağı ilə qarışdırın.10 dəqiqə qaldıqdan sonra sarımsaqları içərisindən çıxarın.Bu yağda siz çörəyi qızardacaqsınız.


Daha sonra çörəyi 1 sm - lik kub şəklində doğrayın, kənarlarını kəsməyi unutmayın.Çörəyi yağda qızardın.


Toyuğu isə adi zeytun yağında qızardın və soyuması üçün kənara qoyun.Qrildən də istifadə edə bilərsiniz.


Süfrəyə verilmə qaydası :


Boşqaba kahının yarpaqlarını düzün, toyuqları qoyun.Pomidorları iki yerə kəsib düzün.Qızardılmış çörəkləri də əlavə edin.Üzərindən pendiri sürtkəcdən keçirib səpin və üzərinə sousu əlavə edin.


NUŞ OLSUN !

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 

loading...
Oxşar xəbərlər