Manqal Salatı RESEPTİ
Aile.fenomen.az saytı məlumat verir ki,
Mətbəx bölməsindən məlumat və reseptlər paylaşmağa davam edirik.İndi paylaşacağımız məlumatda sizi manqal salatının resepti ilə tanış edəcəyik.
Beləliklə, salatı hazırlamaq üçün bizə aşağıdakı məhsullar lazım olacaq :
5 ədəd badımcan
4 ədəd bibər
4 ədəd pomidor
sarımsaq, acı bibər zövqə görə
göyərti - keşniş, şüyüt, reyhan, göy soğan
duz, istiot
Qeyd : tərəvəzlərin miqdarını və göyərti seçimini öz zövqünüzə uyğun seçə bilərsiniz.
Hazırlanma qaydası :
Bütün tərəvəzləri közdə bişirin.Bişdikdən sonra isti - isti qaba qoyun və soyub xırda - xırda doğrayın.Göyərtiləri də xırda doğrayıb tərəvəzlərin üzərinə əlavə edin.Sonda zövqünüzə uyğun duz və istiot səpib süfrəyə verin.
Əsl yay salatı olan bu salatın dadı damaq dadınıza xoş gələcək.
NUŞ OLSUN!