Vineqret Salatının Resepti
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Saytımızda mütəmadi şəkildə dadlı və ləzzətli təamların reseptlərini sizinlə bölüşürük.Bu gün də çox dadlı və məşhur salat olan vineqret salatının tərkibini və hazırlanma qaydasını sizinlə bölüşəcəyik.
Beləliklə, salatı hazırlamaq lazım olan ərzaqlar :
400 qr çuğundur
300 qr yerkökü
400 qr kartof
200 qr kələm turşusu ( şorabası )
200 qr xiyar turşusu
150 qr soğan ( qırmızı )
bitki yağı
duz
Salatın hazırlanma qaydası olduqca asandır.Çuğundur, yerkökü, kartof bişirilir.Bişdikdən sonra təmizlənir və bütün tərəvəzlər kub şəklində doğranılır.Sonda duz və yağını əlavə edib qarışdırmaq lazımdır.
Nuş Olsun !
loading...