Bir həftəyə 2 kilo arıqla - PƏHRİZ

loading...

Bir həftəyə 2 kilo arıqla - PƏHRİZ

İntenet səhifələrində, dost-tanışdan eşitdiyimiz bir çox pəhrizlər var. Lakin onların hamısı sağlamlığımızı qorumur. 

Bu pəhriz sizə həftədə 2 kilo arıqlamağa kömək edəcək. Üstəlik, sağlamlığınıza da zərər yuetirməyəcək. 10 menyu nümunəsi təqdim edən pəhriz nizamsız qidalanmanızı qaydaya salıb, həyat tərzinizə çevirəcək.

 

Bu pəhriz həftə içini əhatə edir, həftə sonu isə sərbəst qidalanmaq olar. Əslində hədəf nöqtəsi arıqlamağı davamlılıq halına gətirə bilməkdir. Elastik olması isə pəhrizin digər bir özəlliyidir. Yemək paylarında 10 fərqli təklifdə istədiyinizi seçərək, çəkinmədən arıqlaya bilərsiniz.

 

 

Səhər yeməkləri

 

1-ci təklif - 1 stəkan süd, 1 stəkan meyvə suyu, 1 orta boy banan.

 

2-ci təklif - 1 kasa südlü qarğıdalı, 1 kiçik dilim pendir, 1 alma.

 

3-cü təklif - 1 ədəd çox bişmiş yumurta, 1 dilim mürəbbəli qızarmış çörək, 1 kasa meyvəli qatıq.

 

4-cü təklif - Yarım təzə qreypfrut, 1 çay qaşığı bal, 1 dilim qızarmış çörək, 1 kibrit qutusu böyüklüyündə ağ pendir.

 

5-ci təklif  - 1 dilim kəpək çörəyi, 1 çay qaşığı kərə yağı, 1 kiçik ölçüdə marmelad, 1 stəkan alma suyu və ya portağal suyu.

 

6-cı təklif - 1 stəkan yağsız süd və 2 çay qaşığı kakao ilə hazırlanmış isti kakao, 2 pəhriz biskviti və iki çay qaşığı qaymaq.

 

7-ci təklif -  1 ədəd alma, 1 dilim kəpək çörəyi, 1 ədəd üçbucaq ​pendir, 1 stəkan portağal suyu.

 

8-ci təklif - 1 ədəd yumurtayla hazırlanmış yağsız omlet, 1 kibrit qutusu böyüklüyündə ağ pendir, 1 dilim çovdar çörəyi.

 

9-cu təklif - 1 stəkan yağsız süd, 1 kasa yulaf əzməsi, 1 ədəd alma.

 

10-cu təklif - 1 stəkan meyvə suyu, 5 ədəd yağsız biskvit, 1 kiçik dilim pendir.

 

 

Günorta  yeməyi

 

1-ci təklif - 1 pomidor, 50 qr. ton balığı, 1 çay qaşığı mayonez, 1 qaşıq qaynadılmış qarğıdalı, kahı, 1 xiyar, 1 qaşıq zeytun yağı və limonla hazırlanmış salat. Sonra 1 orta boylu banan.

 

2-ci təklif - 2 incə dilim çörək, 2 çay qaşığı kərə yağı, 2 dilim pendirlə hazırlanmış sendviç, 1 stəkan portağal suyu və alma.

 

3-cü təklif - 1 boşqab pomidor və ya qarışıq tərəvəz şorbası, üzərinə ​​pendir sürtülmüş 1 dilim qızarmış çörək, 1 boşqab meyvə.

 

4-cü təklif - 1 qatı bişmiş yumurta, 1 boşqab yağsız yaşıl salat, 50 qr. qaynadılmış toyuq əti, 1 portağal.

 

5-ci təklif - 1 boşqab qatıqlı şorba (3 qaşıq qaynadılmış sıyıq düyüyə, 3 qaşıq qatıq və bir miqdar isti su əlavə edərək qarışdırın, üzərinə nanə səpin), 2 ədəd kotlet, 1 qab nazik doğranmış xiyar və pomidor.

 

6-cı təklif - Balıq şnitzel (2 orta böyüklükdə balıq filesini una batıraraq yüngül yağda qızardın), 1 qab mövsüm salatı, 1 boşqab meyvə.

 

7-ci təklif - 80 qr. toyuq əti, 30 qr. kərəviz, kahı və bir şorba qaşığı zeytun yağıyla hazırlanmış toyuq salatı, 1 dilim çörək, 1 armud.

 

8-ci təklif  - 1 qab pomidorlu spagetti (30 qr. spagetti makaronu qaynadın, digər tərəfdə bir nəlbəki doğranmış soğanı yağda qovurun və pomidoru üzərinə doğrayaraq sous halına gətirin, makaronun üzərinə tökün), 1 stəkan ayran.

 

9-cu təklif – Sobada qızardılmış 60 qr. hamburger əti, 1 qab nazik doğranmış pomidor və xiyar, 1 alma.

 

10-cu təklif - 1 boşqab pomidor şorbası, 1 qab kələm salatı (50 qr. turp, 140 qr. qırmızı kələm, kahı və 1 şorba qaşığı zeytun yağı ilə hazırlayın), 1 dilim kəpək çörəyi.

 

 

Axşam yeməyi

 

1-ci təklif – 1 boşqab mərcimək şorbası, 100 qr. qaynadılmış toyuq, 1 qab qaynadılmış tərəvəz, vanilli bir top dondurma.

 

2-ci təklif - 3 ədəd qaynadılmış sosiska və 1 qaynadılmış kartof, yaşıl soğan və cəfəri ilə hazırlanmış kartof salatı, 1 kasa meyvəli qatıq.

 

3-cü təklif - 1 boşqab pomidor şorbası, 3 ədəd ətli badımcan dolması, 1 qab meyvə salatı.

 

4-cü təklif - 1 qab yağsız makaron, 2 ədəd qızartma balıq, 2 top meyvəli dondurma.

 

5-ci təklif - 2 yumurta, 100 qr. qaynadılmış göbələk, bir az pendir, cəfəri və marqarinlə hazırlanmış göbələkli omlet, 1 stəkan ayran, 1 alma.

 

6-cı təklif – 1 boşqab tərəvəz şorbası, 3 küftə, 1 qab kök salatı, 1 portağal.

 

7-ci təklif  - 1 qab  - 2 kiçik pomidor, 1 yumurta, 1 yaşıl bibər və 1 çimdik qara bibər ilə hazırlanan yumurta yeməyi, 1 dilim qızarmış çörək, 1 kasa qatıq.

 

8-ci  təklif - 80 qr. qaynadılmış balıq, yanında 1 qab rəndələnilmiş kök və 1 orta boy qaynadılmış kartof.

 

9-cu təklif  - 1 qab ton balıqlı makaron (1 qab qaynadılmış makaronun üzərinə 20 qr. təzə tor balığını, 1 pomidor və bir ovuc cəfərini doğrayın), 1 banan.

 

10-cu təklif - 1 qab pendirli kartof salatı (100 qr. qaynadılmış kartof, 1 diş sarımsaq, 10 qr. pendir, cəfəri və 1 şorba qaşığı zeytun yağı ilə hazırlayın), 2 zəfəran çubuğu, 1 portağal. (aile.lent.az)


loading...
Oxşar xəbərlər