Paştetin Hazırlanma Qaydası

loading...

PAŞTET


 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Bu məlumatımızda paştetin hazırlanma qaydasını sizinlə bölüşəcəyik.Beləliklə, paşteti hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır :


500 qr ciyər  ( bir qədər qoyun piyi )
1 ədəd yerkökü
2 ədəd soğan
1 ədəd yumurta
150 qr kərə yağı
duz, istiot


Hazırlanma qaydası :
Ciyər və piyi doğrayıb duz əlavə edib bişməyə qoyuruq.Yağa düşənə kimi bişirin və bir qədər qovurun.Kənarda isə soğanı doğrayın və yağın 50 qramını əlavə edib qızılı rəng alana kimi qovurun.Daha sonra isə yumurta və yerkökünü suda bişirmək lazımdır.Yumurta və yerkökünü soyub təmizləyib kənara qoyun ( yumurtanın sarısını götürün ).


Sonra bütün ərzaqları ət maşınından iki dəfə keçirin.Alınan kütləyə zövqə uyğun duz və istiot əlavə edin.Sonda isə bir kağız yaxud da falqa götürüb alınan kütləni düzbucaqlı şəklində üzərinə yayın.Qalan yumşalmış kərə yağını isə kütlənin üzərinə nazik şəkildə yayın.Sonra isə onu rulon kimi bükün.Bükdükdən sonra 2 - 3 saatlıq soyuducuya qoyun.Müəyyən olunmuş vaxt keçdikdən sonra isə paştet hazırdır.Onu halqa şəklində kəsib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN!

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

loading...
Oxşar xəbərlər