Çox Asan Dietik KOTLET Resepti
Aile.fenomen.az saytı məlumat verir ki,
Lazım olan məhsullar :
600 qr - toyuq filesi
300 qr - rəngli kələm
1 ədəd - bolqar bibəri
70 - 80 qr - sərt pendir
2 ədəd - yumurta
2 xörək qaşığı - xama
2 xörək qaşığı - un
yaşıl soğan
duru yağ
cəfəri, duz, istiot - zövqə görə
Hazırlanma qaydası :
File və bolqar bibərini kiçik kublar şəklində doğrayın.Kələmi ayırın və duzlu suda 5 dəqiqə qaynadın və sora onu da kiçik kub şəklində doğrayın.Göyərtiləri də doğrayıb əlavə edin.Sürtkəcin böyük gözündən pendiri keçirin, yumurta, xama,un, duz və istiotu da əlavə edin.
Alına qarışımı yaxşı - yaxşı qaışdırın, ağzını bağlayın və 1 saatlıq soyuducuya qoyun.Vaxt keçdikdən sonra qarışımı soyuducudan çıxarın.Əllərinizi soyuq suda isladın kotletlər düzəldin.Qızılı rəng alana kixud da tərmi kotletləri ikitərəfli duru yağda qızardın.Qızaran kotletləri qaba yığın və 5 dəqiqə müddətinə ağzını bağlayıb saxlayın.
Kotletləri istənilən qarnir yaxud tərəvəz salatları ilə süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN!