Kakaolu Kurabiyə Resepti

loading...

Kakaolu Kurabiyə Resepti

Aile.fenomen.az saytı məlumat verir ki,

Türk mətbəxinə aid olsa da ölkəmizdə də çox sevilən və bişirilən şirniyyatlardan biri də kurabiyədir.Bu şirniyyatın olduqca çox növü vardır.Bu məlumatda isə kakaolu kurabiyənin reseptini paylaşacağıq. 

Lazım olan məhsullar :

yarım stəkan kakao
2 ədəd yumurta 
2 stəkan şəkər tozu 
yarım stəkan duru yağ
1,5 stəkan un
1 paket vanel
1 paket qabartma tozu
1 çay qaşığı duz

Üzəri üçün :

kakos qırıntısı yaxud şəkər kirşanı

Hazırlanma qaydası :

Duru yağ, şəkər tozu və kakaonu bir qaba əlavə edib mikser vasitəsilə qarışdırın.Daha sonra yumurtaları da qarışıma əlavə edib qarışdırmağa davam edin.Sonda unu, qabartma tozunu və vaneli də əlavə edərək yavaş - yavaş qarışdırın.Yumşaq xəmir alınacaq.Alınan xəmiri strecə bükün və 2 saatlıq soyuducunun buzluğuna qoyun.2 saat sonra xəmiri soyuducudan çıxarıb kiçik toplar şəklində yumurlayın.Ən sonda isə hazırlanmış top kurabiyələri kakos qırıntısına batırıb soba listinə yerləşdirin.180 dərəcədə qızdırılmış sobada təxminən 10 - 15 dəqiqə bişirin.

Nuş olsun!

loading...
Oxşar xəbərlər