Sadə və Çox Dadlı Kapkeyklər (Cupcake) - RESEPT

loading...

Sadə və Çox Dadlı Kapkeyklər(Cupcake)

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bu resept olduqca asan və dadlıdır.

Lazım olan məhsullar :

1 ədəd yumurta 

1 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 stəkan süd

10 xörək qaşığı un

1 paket vanel

1 paket qabartma tozu


Hazırlanma qaydası :

İlk öncə yuxarıda sadalanan duru məhsulları bir qaba əlavə edin.Sonra şəkər tozu, yumurta,  un, vanel və qabartma tozunu da əlavə edib yaxşı qarışdırın.Kütlə hazır olduqdan sonra qarışımı xörək qaşığı vasitəsilə xüsusi kapkeyk qablarına tökün.Qeyd etmək lazımdır ki, hər qabın içərisinə 1 xörək qaşığı kifayətdir.Sobanı  əvvəlcədən 180 dərəcədə qızdırın və kapkeykləri bişənə kimi saxlayın.Bu reseptlə çox asan və dadlı kapkeyklər alınır.Əlavə olaraq qeyd edək ki, hazırladığınız kapkeyklərə öz əlavənizi də edə bilərsiniz.Məsələn, xəmir qarışımını hazırlayarkən içərisinə damla şokolad yaxud da bişdikdən və soyuduqdan sonra üzərinə bir miqdar krem ( şanti ) əlavə edib də süfrəyə verə bilərsiniz. 

Nuş olsun!
 

loading...
Oxşar xəbərlər