Çox Dadlı Plyuşki Resepti

loading...

Çox Dadlı Plyuşki Resepti

Aile.fenomen.az saytı məlumat verir ki, 


Rus mətbəxinə aid olan bu şirniyyat yəqin ki, çoxlarınıza tanışdır.Hər kəsin sevimlisinə çevrilən bu şirniyyatın ən düzgün reseptini təqdim edirik.

Lazım olan məhsullar : 

Xəmir üçün :

600 - 700 qr. - un

150 ml - süd 

150 ml - su

80 ml - duru yağ

50 qr. - şəkər tozu

2 ədəd yumurta

1 çay qaşığı maya

1 çimdik duz

vanel

Arası üçün:

Şəkər tozu 

Duru yağ

Üzəri üçün :

yumurta sarısı

Qeyd : mayelər ( yəni su və süd) ilıq olmalıdır.


Hazırlanma qaydası :

Qab götürün və yuxarıda qeyd edilən miqdarda su, süd, şəkər tozu və mayanı qarışdırın.Mayanın aktivləşməsini gözləyin.10 dəqiqə kifayət edəcək.Daha sonra bu qarışımı ələdiyiniz unun üzərinə əlavə edin.Yağ, yumurta, duz və vaneli də unutmamaq şərtilə una əlavə edin.Alınan kütlədən yumşaq xəmir yoğurun.Xəmirin üzərini bağlayıb mayalanmasını gözləyin.Xəmir mayalandıqdan sonra onu dəzgah üzərinə alıb uzunsov forma verin və 12 - 15 bərabər hissəyə bölün.Kündə edin və kənara qoyun.Kündələri bir - bir götürüb mərdanə köməyilə nəlbəkidən bir qədər böyük ( uzununa formada yayın. )Daha sonra üzərinə hər tərəfinə fırçanın köməyilə duru yağ çəkib, üzərindən şəkər tozu səpin.Rulet formasında bükün.Bükdükdən sonra xəmirin uclarini bir - birinin ustune qoyub uclarını bərkidin.Orta hissəsi olan yerindən bıçaq vasitəsilə kəsin.Kəsilən yeri bir - birindən ehmalca aralayın.Ürək formasının alındığını görəcəksiniz.Plyuskaları hazırladıqdan sonra yumurta sarısını kənarlarına çəkin.Əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə üstü qızaranadək bişirin.

Nuş olsun!

loading...
Oxşar xəbərlər