Bağırsaq üçün bu reseptlə aya 11 kq arıqlamaq mümkündür

loading...

Bağırsaq üçün bu reseptlə aya 11 kq arıqlamaq mümkündür

Bağırsaqlarda şlakların yığılması insanda narahatlıq yaradır. Xüsusilə qadınların yoğun bağırsağı qida, iqlim dəyişikliklərinə reaksiya verir.

Çünki yoğun bağırsaq çox həssas orqandır, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə reaksiya verə bilər.

Zərif cinsin nümayəndələrinə bağırsaqları sanki yuyub təmizləyən 2 maraqlı resepti təqdim edir. Əslində bu reseptdən kişilər də istifadə edə bilər. Sadəcə xanımlar qarnı əridən metodlardan geniş istifadə etdikləri, düz və  hamar qarına sahib olmağa çox çalışdıqları üçün bu reseptləri daha həvəslə tətbiq edirlər.

Beləliklə, sizlərə bağırsaq üçün iki maraqlı resept təqdim edirik. Yazılanlara inansaq, birinci reseptlə hətta aya 11 kq arıqlamaq mümkündür. Bu tərz qidalanmanın müsbət tərəfi odur ki, onun sayəsində üzün rəngi açılır, canlanır, tərkibindəki B qrup vitaminləri isə saçların tökülməsinin, dırnaqların qırılmasının qarşısını alır.

Bağırsaq üçün birinci qidanın resepti aşağıdakı kimidir:

Yulaf lopası - 5 xörək qaşığı

Su - 5 xörək qaşığı

Süd - 1 çay qaşıq və ya 1 çay qaşığı qaymaq

Bal 1 çay qaşığı

Qoz  - 5 ədəd

Hazırlanması:

Axşamdan 5 xörək qaşığı yulafı 5 xörək qaşığı qaynadılmış soyuq suda isladın. Səhər tezdən ona 1 xörək qaşığı süd və ya 1 çay qaşığı qaymaq, 1 çay qaşığı bal və 5 ədəd qoz və ya fındıq ləpəsi əlavə edin. Bütün bunları yaxşıca qarışdırın və yeyin. 
Üç saat ərzində heç nə yeməyin, içməyin.

İkinci reseptin də təsiri eynidir.

Kefir və qarabaşaq unu bağırsaqları təmizləyir, maddələr mübadiləsinin və mədəaltı vəzinin fəaliyyətini normallaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Həqiqətən də əsl müalicə vasitəsidir!

Bir xörək qaşığı qarabaşağı qəhvəüyüdəndə üyüdüb un halına salın, onu bir stəkan kefirə əlavə edib soyuducuya qoyun. Səhər yeməkdən yarım saat əvvəl şəfaverici vasitəni için. Müalicə kursu - 14 sutkadır.

Bu reseptləri səhər və ya axşam istifadə edən və qidalanmasına bir qədər diqqət yetirənlər 5-10 kilo arıqlayacaqlar.


loading...
Oxşar xəbərlər