İdmanla məşğul olanlar, məşqdən sonra süd için - FAYDALARI

loading...

İdmanla məşğul olanlar, məşqdən sonra süd için - FAYDALARI
Tərkibindəki vitamin, kalsium və dəmir baxımından tam bir qida anbarı olan süd qayda ilə içildikdə orqanizmdəki artıq yağların atılmasını sürətləndirir, arıqlamağı təmin edir. Südün faydalarını təqdim edirik.

Gündə 1-3 stəkan süd kalsium, dəmir, maqnezium, minerallar və B6, B12, A, C, D vitaminləri baxımından tam bir möcüzədir. Qidalanmanın üç dayağı deyə biləcəyimiz karbohidrat, yağ və zülal tərkibli tək qida qrupudur. Bu da südün qidalanmada əsas yerlərdən birində olması üçün bir səbəbdir. Əgər hər hansı bir problemi yoxdursa, insan gündə 1-3 stəkana qədər süd içməlidir.

 

Darçınlı südün faydası  

 

Dietoloq bildirir ki, özü təklikdə bir möcüzə olan südü darçınla içmək olduqca faydalıdır. Araşdırmalar sübut edib ki, darçınlı süd bel bölgəsindəki yağlanmanın qarşısını alır. Darçınlı südü yatmazdan əvvəl ara yeməyi kimi də içə bilərsiniz. Südə bir çay qaşığı qəhvə əlavə etmək maddələr mübadiləsini də sürətləndirir.

 

 

İdmandan sonra süd için

 

İdmandan sonra itirilən zülallar geri qaytarılmalıdır. Bunun üçün ən yaxşı vasitə süd içməkdir. Süd ehtiva etdiyi zülallar baxımından idman əsnasında itirilən əzələ kütlələrinin də bərpası üçün faydalıdır. Süd sümüklərin qırılmasının qarşısını alır və inkişafına vasitəçi olur. Qadınların xüsusilə menopauza dövründə gündə ən az 3 boşqab qədər süd və süd qrupuna aid qida qəbul etmələri vacibdir.

 

Daim işləyən həzm sistemi üçün süd vacib qidadır. Hər gün kifayət qədər süd içmək mədə və bağırsaq problemlərinə çox yaxşı təsir göstərir. Mədədə yaranan yanma və ya ağrı hissinə qarşı təbii həb təsiri göstərir. Ehtiva etdiyi mineral və vitaminlərlə dərini gözəlləşdirir, yeniləyir, yaşlanmanı gecikdirir. Bədənə lazımlı olan D vitamininin əhəmiyyətli bir qismini də süd təmin edər.

 

Yağlı süd piylənmə yaradır?

 

Hər şeyin çoxu zərərli olduğu kimi, süddən də çox istifadə zərərli ola bilər. Çox içilən südün zülalı böyrəklərdə kalsium daşları meydana gətirə və həddindən artıq yağlanma nəticəsində piylənməyə səbəb ola bilər. Qısası, süd və süd məhsulları normadan artıq istifadə edilməməlidir. Xüsusilə uşaqlar lazım olandan artıq süd içməməlidir. Oxşar zülallı qidalarla yanaşı, çox süd içmək dəmir əskikliyinə səbəb ola bilər. Lakin böyük yaşlı insanlarda bu risk azdır. İçdiyiniz südün yağsız olmasının heç bir yan təsiri və ya mənfi tərəfi yoxdur. Yağsız süd yağı azaldılmış, vitamin və mineralları artırılmış məhsuldur. 


loading...
Oxşar xəbərlər