Saç Tökülməsi əleyhinə Təsirli Resept

loading...


 

Saç Tökülməsi əleyhinə Təsirli Resept

 

Aile.fenomen.az saytı həm xanımlar, həm bəylər üçün faydalı məlumat paylaşacaq.

 

Gözəl görünmək hər cinsin arzusudur.Sağlam və gözəl saçlar isə demək olar ki, gözəlliyin ilk pilləsidir.

 

Bu gün sizinlə paylaşacağımız maska resepti bir çoxlarının saçı ilə bağlı çəkdiyi dəhşətlərə son qoyub.Bu maskanın müqabilində saçlar inanılmaz sürətlə uzanmağa başlayır və dibləri möhkəmlənir.

 

Maskanın resepti aşağıdakılarda ibarətdir :

 

1 xörək qaşığı bibər cövhəri ( perçovka )

1 xörək qaşığı saç balzamı ( hər tip saç üçün fərdi olaraq özünüz seçin )

1 xörək qaşığı qızdırılmış gənəgərçək yağı ( repeyni və yaxud da mindal yağı ilə də əvəz edə bilərsiniz )

 

Diqqət edin ki, maskanı hazırlayan zaman persovka gözünüzə düşməsin.

 

Maskanı başınıza tampon vasitəsilə çəkin və salafanla bağlayın.Əgər saçlarınızın sürətli uzanmasını istəyirsinizsə, maskanı həftə ərzində 2 – 3 dəfə tətbiq edin.Yox, əgər, profilaktik olaraq saç tökülməsinə qarşı edirsinizsə, həftədə 1 dəfə etmək kifayətdir.

 

Həmçinin, xatırladaq ki, bu maska kişilər üçün də keçəl hissələrin tük əmələ gətirməsi üçün çox təsirlidir.Sadəcə bir qayda olaraq maskanı 2 – 3 ay ərzində mütəmadi təkrar etmək lazımdır və nəticəni əldə edə biləcəksiniz.

loading...
Oxşar xəbərlər