Qırışlari Yox Edəcək Mükəmməl Vasitə - NİŞASTA
Aile.fenomen.az saytı faydalı məlumatlarını bölüşməyə davam edir.
Qırışlar – bu bütün qadınların ən zəif və qorxulu nöqtəsidir.Onunla mübarizəni isə hər qadın fərqli formada aparır.Kimisi tibbi yollara baş vuraraq müxtəlif iynələr və botokslardan istifadə edir, kimisi də xalq təbabəti üsulu ilə bu dərdə çarə axtarmağa çalışır.
Bugünkü məlumatımızda bu problemin həlli yolunda nişastanı sizə məsləhət görəcəyik və onda ibarət olan maskanın reseptini sizinlə bölüşəcəyik.Bu maska çox effektivdir və dərini həm cavanlaşdırır, həm də təravətli edir.
Maskanın hazırlanması aşağıdakı kimi baş verir :
1 xörək qaşığı kartof nişastasını yarım stəkan suda həll edin və onu qazana tökün.Daha sonra isə üzərinə 500 ml. Qaynar su əlavə edin və qatılaşana kimi bişirin. Daha sonra 5 xörək qaşığı təzə sıxılmış yerkökü şirəsi və 1 xörək qaşığı xama əlavə edin.Yaxşıca qarışdırın, soyudun və 20 – 25 dəqiqə müddətinə üzə nazik qatla çəkin.Vaxt keçdikdən sonra ilıq su ilə yuyun və üzünüzə krem çəkin.Qalan kütləni isə soyuducuda saxlayın və növbəti 3 gün ərzində istifadə edin.
Bu maska kiçik qırışlarla mübarizədə çox effektivdir, hətta, botoks təsiri belə yarada bilir.Çalışın ki, bölüşdüyümüz resepti 3 gün dalbadal tətbiq edəsiniz, çünki, elə daha yaxşı təsir edir və nəticə tez əldə olunur.