Bildirçin yumurtasının Dərinin Cavanlaşması üçün möcüzəvi təsiri və Hər növ dəri üçün Fərdi maska Reseptləri
Aile.fenomen.az saytı xanımların diqqətini çəkəcək məlumatlar paylaşmağa davam edir.
Bildirçin yumurtasının faydaları haqqında yəqin ki, bir çoxlarınız eşitmisiniz.Bu məlumatımızda bildirçin yumurtasının əsasında hazırlanan bir neçə maska reseptləri ilə sizinlə də bölüşəcəyik.Bu maskaları sizə dəri növlərini fərdi qrup şəklində yazaraq sizə təqdim edəcəyik.Həmçinin, bir vacib nüansı da yadda saxlayın ki, bildirçin yumurtasının yaş əleyhinə cavab verən ( antiage ) komponentləri özündə birləşdirir.
Beləliklə maska reseptlərimizi sizinlə bölüşürük :
Təravətlənirici maska – 3 bildirçin yumurtasının ağını 2 xörək qaşığı sürtkəcdən keçirilmiş xiyar ilə qarışdırın.Bu qarışımı ya nazik parça yaxud da ki, marla üzərinə ( üzərində göz və burnunuz üçün kəsiklər edin ) çəkin və 20 dəqiqə üzdə saxlayın.
Normal və quru dəri maska – 1 yumurta sarısına 1 xörək qaşığı yağlı kəsmik əlavə edin və qarışdırın.Üzünüzə çəkin və 15 dəqiqə saxlayın.İlıq su ilə yuyun.
Qidalandırıcı maska – 1 yumurta ağına 1 çay qaşığı bal əlavə edin və üzünüzə çəkin.10 – 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Yağlı dəri üçün maska – bildirçin yumurtasının ağını çalmadan üz dərinizə çəkin.Quruduqdan sonra növbəti dəfə təkrar edin.15 – 20 dəqiqə sonra soyuq su ilə yuyun.
Həddindən artıq quru dəri üçün maska – 1 yumurta sarısını 2 çay qaşığı zeytun yağı yaxud da ki yağlı qaymaqla qarışdırın.Əldə etdiyiniz kütlə duru kütlə alınacaq.Onu marliyə tökün ( üzərində göz və burnununuz üçün kəsiklər açın ) və üzünüzəqoyun.15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.