Dəriniz üçün evdə hazırlaya biləcəyiniz maska
loading...
Gündəlik həyatın bütün stress və gərginliyi günün sonunda bütünlüklə üzünüzə hopur. Sonda isə dəridə qırışlar, ləkələr və dəri quruması problemi yaşanır. Dəriniz üçün evdə hazırlaya biləcəyiniz maska təqdim edirik. Bir xörək qaşığı bal və iki ədəd badam götürün. Badamları incə bir toz halına gələnə kimi döyün və bal ilə qarışdırın. Ardından bir çay qaşığı limon suyu əlavə edin dairəvi hərəkətlərə bu maskanı üzünüzə çəkin. Quruması üçün 15 dəqiqə gözləyin, ilıq suyla durulayın. Yenilənmiş hiss edəcəksiniz. Başqa üsul olaraq üzünüzə bütünlüklə bal yayın və 15 dəqiqə gözləyib soyuq suyla yuyun. (lent.az)
loading...