Kartoflu sarımsaqlı şorba - Resept
6 nəfərlik hazırlaya biləcəyiniz ləzzətli kartoflu+sarımsaqlı şorbanın reseptini təqdim edirik.
Ərzaqlar
2 xörək qaşığı zeytun yağı
1 böyük soğan ( incə doğranmış )
8 diş doğranmış sarımsaq
500 qr kartof ( xırda doğranmış)
200 ml ağ şərab
1.2 lt toyuq suyu
200 qr roka
Servis üçün:
6 yemək qaşığı zeytun yağı
4 diş döyülmüş sarımsaq
2 ədəd acı bibər (doğranmış)
Hazırlanması:
Ortaboy bir tavada zeytun yağını, soğanları və sarımsaqları 7 dəqiqə qovuyrun. ( rəngləri dəyişməsin)
Ardından şərabı və kartofları əlavə edib qaynadın. Şərab miqdarı yarı-yarıya azaldığında toyuq suyu və ədviyyatları əlavə edin. Kartoflar tamamən yumşalana kimi qaynadın. Rokaları əlavə edin və qarışımı blendrdən keçirin. Yenidən tavanın altını vam odda yandırın və zeytun yağını isidin. Sarımsaq və acı bibərləri yağa əlavə edib qovurun, yağın çox isinməməyinə çalışın. Şorbanın üzərinə bu yağ qarışımından 1 qaşıq gəzdirərək süfrəyə verin.
Nuş olsun!