Dərinizi PARLAQ edəcək Məsləhətlər

loading...

Dərinizi PARLAQ edəcək Məsləhətlər

Aile.fenomen.az saytı xüsusilə xanımların diqqətini çəkəcək məlumat paylaşır.

Dəb sahəsinin ekspertlərinin sözlərinə görə bu il  öz təbii parlaqlığı ilə seçilən üz dərisi dəbdə olacaq.Nəzərə alsaq ki, indiki dövrdə hər kəs dəblə uyğunlaşmaq azusundadır, o zaman eyə bilərik ki, bu cür üz dərisinə də sahib olmaq istəyənlərin sayı artacaqdır.

Bu günkü məlumatımızda sizinlə dərinizin parlaq olmasını təmin edəcək məsləhətlərimizlə bölüşəcəyik.

  1. Dəri səthiniz hamar olmalıdır – əgər, parlaq dəriyə sahib olmaq arzusundasınızsa, sizin dəri səthiniz hamar olmalıdır.Yadınızda saxlayın, yalnız dəri deyil bütün hər şey elədir, əgər parlaqlıq görmək istəyiriksə həmin səth mütləq hamar və düz olmalıdır.Çünki, hamar dəridə əksolunma da yaxşı əks olunur və işıqlandığı zaman da təbii parlaqlıq effekti yaradır.Dərinizin hamar olmasını istəyirsinizsə, bunu üçün ən doğru vasitə pilinqdir.
  2. Dərinin nəmləndirilməsi – dəriniz qurudursa, o öz tonusunu, elastikliyini və mat rəngli çalarlılığını itirir.Yox əksinə, dəriniz nəmli olarsa, o elstik, canlı və gümrah görünəcək, bu da parlaqlığın ən böyük şərtlərindən biridir.
  3. Sağlam üz dərisi – bu amil çox önəmlidir.Bəzən ola bilir ki, dəri səthi sanki hamar, nəmlidir, lakin, xüsusilə qış mövsümünün sonunda dəridə anlaşılmaz solğunluq hiss olunur.Bu vəziyyətdə nə etmək lazımdır ?Belə olan təqdirdə üz üçün krem, maska, məlhəm və C vitaminli əlavələrdən istifadə etmək lazımdır.
  4. Üz dərinizin rənginə uyğun geyim seçimi – doğrudur, bu yolun kosmetik vasitələrlə heç bir bağlılığı yoxdur, lakin kosmetik vasitələr qədər böyük təsir gücünə malikdir.Biliyimiz kimi, hər insanın özünəməxsus rəng tonu, dərisi var.Kimə isə, soyuq çalarlar yaraşdığı təqdirdə, digərlərinə isti rəng çalarları daha uyğun gəlir.Birinə parlaq rəng yaraşırsa, digərinə pastel tonlar daha çox yaraşır.Bütün bunları sadalamanın səbəbi odur ki, hər kəs öz dəri rənginə, tonuna uyğun həm kosmetik vasitələrini, həm də geyimlərini seçə bilməlidir.
 Bütün bu sadalanan məsləhətlər yerinə yetirildiyi zaman əmin olun ki, məqsədində olduğunuz nəticəni tez bir zamanda əldə edə biləcəksiniz

loading...
Oxşar xəbərlər