Sağlam saçlara sahib olmaq üçün 10 MƏSLƏHƏT
Kəpəksiz, tərtəmiz saçlara sahib olmaq çətin deyil. Kəpəksiz, nəmini itirməmiş parlaq saçlara sahib olmaq üçün 10 məsləhəti sizinlə paylaşırıq.
1. Yu və çıx
Saçlarınız da bir az istirahətə ehtiyac duyur. Saçları fenden uzaq tutun, yuyub dəsmalla nəmini aldıqdan sonra öz-özünə qurumasına icazə verin. Bu, az da olsa saçlarımızın nəfəs almasını təmin edir.
2. İstiliyi azaldın
Saçlarınızın düz olmasını istəyirsinizsə, bunu ən az ziyanla etməyinizin bir yolu var: saçları düzləşdirən fenin istiliyini ən üst səviyyədə deyil, ən aşağı istilikdə istifadə edin. Davamlı istiliyə məruz qalan saçlar uzun müddət kimyəvi pozuqluğa uğradığı üçün elastikliyini itirir və saçınız mat bir görünüş alır.
3. Saçlarınızı daramayın, fırçalayın
Saç tökülməsini azaltmaq üçün fırçalama zamanı geniş uclu bir fırça istifadə etməlisiniz. Nəm saçlarınızı əsla sərt şəkildə daramayın. Saçlarınızı daraq yerinə fırçalayaraq, formaya salın. Buruq və quru saçların qırılma ehtimalı çoxdur.
4. Dəriyə qulluq
İstifadə etdiyiniz şampunlara baxmayaraq, saçlarınız davamlı kəpəklənirsə, saç dəriniz pul-pul tökülməyə davam edirsə, xüsusilə yaralar, sızanaqlar varsa, mütləq dermatoloqla məsləhətləşin.
5. Zülallara laqeyd yanaşmayın
Siz nə yesəniz, saçınız da ondan qidalanır. Zülal saçın quruluşunu təşkil edir. Çünki saçlar da keratin zülalından meydana gəlir. Yəni zülal qəbulu kifayət qədər deyilsə, saçlarınız da bundan faydalana bilmir. Ehtiyacınız olan digər qida maddəsi dəmirdir. Qadınlardakı saç tökülmələrinin böyük bir qisii də dəmir çatışmazlığından qaynaqlanır. Belə bir vəziyyətdə bədəndəki dəmir faizinə diqqət edin.
6. Maska edin
Həftə bir dəfə saça maska etmək çox faydalıdır. Dermatoloqlar bunu məsləhət görür. Maska tətbiqi saçınızın itirdiyi nəm və parlaqlığın geri qazanılmasına kömək olacaq.
7. Saçınızın ucunu kəsdirin
Altı həftədə bir dəfə saçınızın ucunu kəsdirin. Saçları uclarından nizamlı olaraq kəsdirmək, sağlam saçlara nail olmağın bir nömrəli qaydasıdır. Çünki saç ucları nə qədər quru və qırıqdırsa, uzanması o qədər yavaş olur. Nizamlı seqment edildiyi halda saç qırıqlarının qarşısı alınır.
8. Çox isti duşa girməyin
Saçların parlaqlığını qoruması üçün soyuq və ya isti su yerinə ilıq suyla yuyulması məsləhətdir. Əks halda saçın təbii parlaqlığı itə bilər.
9. Mövsümlərə görə davranın
Saçları qorumaq üçün cürbəcür qulluq vasitələri var. Ancaq saçları qorumanın bir yolu da bu məhsulları doğru zamanda istifadə etməkdir. Havanın quruduğu qış aylarında saçlara nəmləndirici məhsullar çəkin, yaz aylarında isə saça ağır gələ biləcək məhsullardan qaçmaq lazımdır.
10. Papaq taxın
Günəşin saçları qurutduğu elmi tərəfdən də sübut edilib. Taxacağınız papaq yalnız üzünüzü deyil, saçlarınızı və saç dərinizi də nəm itkisindən qoruyar.