loading...
loading...

Parlaq dəri üçün lavanda yağı – FAYDALARI

loading...

Parlaq dəri üçün lavanda yağı – FAYDALARI

Sakitləşdirici bir təsirə malik olan lavanda yağının faydaları saymaqla bitmir. Stressi yox etməklə yanaşı, bir çox dəri xəstəliklərində də faydası bilinən lavanda yağını dəri baxımı üçün istifadə etməyə elə indidən başlayın.Nəmləndirici xüsusiyyəti olan lavanda yağının dəriyə faydalarını təqdim edir.

 

Quruyan dodaqlardan şikayət edirsinizsə, lavanda yağının nəmləndirici keyfiyyətindən faydalanaraq, çatlamış dodaqlardan xilas ola, eyni zamanda dolğun və canlı bir görünüşə sahib ola bilərsiniz.

 

İlıq suya bir neçə damcı lavanda yağı əlavə edib sızanaqlar üçün istifadə etmək olar. Dəri üçün tonik kimi istifadə edə biləcəyiniz lavanda yağı sızanaqları müalicə edir.

 

Lavanda yağını makiyaj təmizləyən losyon olaraq da istifadə edin. Bir neçə damcı lavanda yağı, 1 çay qaşığı badam yağı və rəndələnmiş xiyardan hazırlayacağınız qarışımla makiyajınızı təmizləyin.

 

Üzünüzün parlaq və sağlam bir görünüşə qovuşmasını istəyirsinizsə, lavanda yağı ilə maskalar hazırlayaraq, dərinizin parlaq olmasını təmin edin. (aile.lent.az)


loading...
Oxşar xəbərlər