ƏSƏBİNİZİ sakitləşdirəcək 5 ÜSUL

loading...


   Aile.fenomen.az saytı maraqlı psixoloji məlumatlar bölüşməyə davam edir.

Düşdüyü vəziyyətlə əlaqədar olaraq insanların hiss və həyəcanları da fərqli olur.Bildiyimiz kimi, heç kimin həyatı hər zaman rahat və hamar getmir.Həyatda çətinlik və narahatlıq yaranan kimi normal olaraq bizdə əsəb, qəzəb, kin və s. bu kimi mənfi emosiya və hisslər baş qaldırır.

Lakin, bunu başa düşmək lazımdır ki, əsəb – insan orqanizminin ətrafdakı hər hansı bir qıcıqlanırıcıya verdiyi cavab reaksiyasıdır.Əsəb hissini anormal hal kimi qiymətləndirmək düzgün deyil, lakin, baş vermiş vəziyyətdə əsəbi cilovlamaq mütləqdir, əks təqirdə, bu böyük problemlərə yol aça bilər.

Əsəb və qəzəb hissinin müsbət tərəflərini də unutmaq olmaz.Bu hissin müqabilində insan pis enerjidən azad olur və özünü daha yaxşı hiss etməyə başlayır.

Ətrafdakılara və ən əsası öz – özümüzə xətər yetirmədən bu hissdən necə azad ola bilərik ?

Birincisi, psixoloqlar məsləhət görür ki, əsəb keçirdiyiniz zaman müddətində çalışın ki, aqressiv idman növlərindən uzaq olasınız.Tam əksinə, çalışın ki, maksimum rahatlıq və dinclik tapacağınız bir məşğuliyyətlə məşğul olasınız.Çünki, bu sizə daha çox xeyir gətirəcək.

İkincisi, bu mənfi emosiyadan azad olmaq üçün özünüzü sakitləşdirməyə və meditasiyadan istifadə etməyə çalışın.Düzdür, biz öz hissimizə hər zaman hakim ola bilmək bacarığında deyilik, lakin, bu üsulla inanın ki, siz artıq müəyyən zaman sonra özünüz özünüzü ələ almağı bacaracaqsınız.

Üçüncüsü, əsəbi canınızdançıxarmaq üçün ən gözəl vasitələrdən biri də qışqırmaqdır.Bu üsul həqiqətən də çox gözəl kömək edir, lakin bunu etmək üçün əlbəttə ki, insan olmayan yerləri seçmək lazımdır.Unutmamalı olduğunuz bir vacib məsələ də var ki, qətiyyən əsəbinizi həmin an yanınızda olan yaxınlarınızın üstünə tökməyin, axı onların dəqiq heç bir günahları yoxdur.

Dördüncüsü, belə mənfi emosional vəziyyətdə olduğunuz zaman əsəbinizi canlı bir şeylərə deyil, əşyalara tökməyə çalışın.Ən yaxşı üsul isə yastıqdır.Yastığı döymək əsəbi sizin canınızdan xeyli çıxaracaq.

Beşincisi, sakitləşmək üçün ən effektiv sayılan üsul qaçmaqdır.Təmiz havada qaçmaq sizi bütün problem və qəzəblərdən uzaq edəcək, nəfəsinizi açacaq və siz özünüzü daha yaxşı hiss edəcəksiniz.

 

 

loading...
Oxşar xəbərlər