Keçmişdə baş verən neqativ halları necə aradan qaldırmaq olar ?
Aile.fenomen.az saytı bu psixoloji durumdan çıxma yollarını sizinlə bölüşəcək.
Keçmişdə baş verən bəzi xoşagəlməz anlar uzun müddətli olaraq yaddaşımızda qalır və bu cür xatirələr yada düşdükcə bizi incidir.Əlbəttə ki, zaman ən gözəl məlhəmdir.Lakin unutmamalıyıq ki, bizim yaşadığımız ömrün hər anı qızıla bərabərdir, " sağalma " prosesini tezləşdirmək olar.Keçmişi elə keçmişdə qoyub bu günlə yaşamağı bacarmaq üçün bir sıra yollar mövcuddur.
Yaddaşımızda pis hal kimi xatırladığımız anları yaradan səbəblərin əsasını aşağıda qeyd etdiyimiz hallar yaradır :
<!-- [if !supportLists] --> - <!-- [endif] --> qorxu
<!-- [if !supportLists] --> - <!-- [endif] --> inciklik
<!-- [if !supportLists] --> - <!-- [endif] --> nifrət
<!-- [if !supportLists] --> - <!-- [endif] --> qəzəb
Yaddaşınızdakı hala aşağıda qeyd etdityimiz kimi yanaşa bilsəniz mövcud durumdan daha rahat və daha az yara alaraq çıxa bilərsiniz :
" Mövcud vəziyyət və bu vəziyyətin yaranmasında iştirak edən hər kəsin öz baxışı tərəfindən öz şəxsi yanaşması və öz şəxsi motivləri olub.Mən başqalarını günahlandırmalı deyiləm.Bu onların öz işi və şəxsi həyatlarıdır.Mən doğru hesab etdiyim kimi davranmışaşm və özümü günahlandırmaq üçün heç bir səbəbim yoxdur.Hətta səhv etmiş olsam belə, mənim də digərləri kimi buna haqqım var.Bu vəziyyətlə birgə mən özüm üçün yeni təcrübə də qazandım.İndi isə hər şey keçmişdə qaldı və o artıq məni narahat etmir. "
Təəssüf ki, əgər sizdə hələ də mövcud vəziyyətlə əlaqədar əsəb və kin varsa, " mən hər kəsi və hər şeyi bağışlayıram " tipli cümlələr köməyə gəlmir.Keçmişi elə keçmişdə qoymaq və gələcəyə rahat və inamlı şəkildə addımlaya bilmək üçün ilk növbədə özünüz özünüzü olduğunuz kimi və bütün çatışmazlıqlarınızla qəbul etməlisiniz.
Geniş təsəvvür aləmi – pis anları unutmaq üçün yaxşı yaxşı vasitələrdən biridir.
Geniş təsəvvürə malik insanlar əsasən aşağıdakı düşüncələrin köməyilə vəziyyətdən çıxa bilərlər :
<!-- [if !supportLists] --> - <!-- [endif] --> təsəvvürünüzdə baş vermiş hadisənin vaxtını dəyişməklə
<!-- [if !supportLists] --> - <!-- [endif] --> baş verənləri xatirənizdə dəyişməklə
Bu fikirlərlə siz içərisində olduğunuz vəziyyəti bir qədər yüngülləşdirə və hətta hardasa baş verənlərə əyləncəli də yanaşa bilərsiniz.
Unutmayın olan hər bir problem artıq olub və o keçmişdə qalıb.Həyat çox qısadır, çalışmalıyıq ki, həyatımızda olanlardan nəticə çıxara bilək və bu kimi mənfi halları gələcəyimizə daşımayaq