BAŞ AĞRISININ ARADAN QALDIRILMASININ 4 ƏSAS YOLU
Aile.fenomen.az saytı bu problemin həlli yolunda bir sıra metodlar təklif edir.
Praktiki olaraq bizim hər birimiz yaşadığımız dövrdə baş ağrısı ilə qarşılaşırıq.Onun formaları müxtəlif cür, yəni yüngül başgicəllənmə hissi kimi də yaxud elə bu dəqiqə sanki partlayacaqmış hissi kimi də ola bilər.Əlbəttə ki, baş ağrısının hər növü üçün ayrı müalicə yöntəmləri var.Lakin indi bizim sizə göstərdiyimiz metodlar demək olar ki, universaldır və o bu ağrının yüngülləşməsinə, yaxud da onun ümumiyyətlə aradan qaldırılmasına yardım edəcək.
Baş ağrısını azaldan effektiv metodlar :
1. Gün ərzində kifayət qədər maye qəbul edin
Ürəkbulanma, başgicəllənmə yaxud da spirtli içkilər qəbul etdikdən sonra bədəndə susuzluq yaranır və bunun nəticəsində də baş ağrıları yaranır.Baş ağrısının yaxınlaşdığını hiss etdiyiniz an 1 dolu stəkan su için.Sonra isə tədricən gün ərzində tez-tez lakin az miqdarda maye qəbulunu davam edin.Get-gedə ağrının azaldığını hiss edəcəksiniz.Həmçinin bütün bu müddət ərzində qəhvə, spirtli içkilər və şirin qazlı içkilərdən uzaq durmağa çalışın.Unutmayın, adi su – baş ağrısının mükəmməl həllidir.
2. İstirahət etmək üçün sakit və qaranlıq yer seçin.
Baş ağrınız varsa, minimum yarım saatlıq uzanın və dincəlməyə çalışın.İstirahət etdiyiniz otağın pərdələrini bağlayın, işıqları söndürün və diqqətinizi yalnız özünüzə və nəfəsalmanıza verin.Sakitləşməyə çalışın.Otağın temperaturunu öz istəyinizə uyğun tənzimləyin.Çünki bu mövzuda insanların istəkləri fərqlidir, bir sıra insanlar sərin və soyuq abu havada özlərini yaxşı hiss etdikləri təqdirdə, digərləri isti və mülayim abu havanı sevirlər.
3. Ağrının azalması üçün soyuq kompresslərdən istifadə edin.
Baş ağrısının yüngülləşdirmək üçün alnınıza soyuq kompress qoyun.Yumşaq və soyuq kompresslər qan dövranının yaxşılaşdırılmasına kömək edir.Bez parçanı soyuq su ilə islatmaq və onu alına qoymaq lazımdır.Parça isindikdən sonra bu prosesi bir neçə dəfə təkrarlayın.
4.Baş dərinizi, boynunuzu və qulaqlarınızı altını masaj edin.
Baş ağrısı olduğu zaman yüngül və gözəl edilmiş masaj yalnız ağrının aradam qaldırılmasına deyil, eləcə də qan dövranının yaxşılaşdırılmasına və bədəndə gərginliyin azalmasına kömək edəcək.Baş ağrısı zamanı edilən masajın ən sadə üsulu – incə şəkildə hər iki barmağınızla başın gicgah bölgələrinə edilən masajdır.