HƏYATIN DADINI necə HİSS ETMƏK olar ?
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Gündəlik həyatımızı mübarizəyə, drama, hər hansı bir nifrət və ya qisasa həsr ediriksə, deməli biz həyatımızın nə qədrini, nə də dadını hiss etmirik.Axı nə edə bilərik ki, həyatımız mübarizələr, dava – dalaşlar və əbədi narazılıqlardan uzaq olsun?Öz daxili səsimizi və instinktimizi eşidə bilmək üçün nə edə bilərik?
Bəzən elə olur ki, bizim arzu və istəklərimiz bizi əhatə edənlərin arzu və istəkləri ilə üst – üstə düşmür.Ətrafdakılara görə öz arzularımızı unutmamaq üçün, yadda saxlayın ki, biz tez – tez özümüz özümüzlə söhbət etməliyik və istəklərimizi unutmamaq üçün daimi şəkildə onlarla bağlı planlar düşünməliyik.Düşünün.Başa düşməyə çalışın ki, biz əslində özümüzdən və həyatımızdan əslində nə istəyirik.
Bu haqda çox düşünükcə biz əslində özümüzü və nə istədiyimizi anlamış olacağıq.İnanın ki, günü – gündən daha çox düşündükcə biz öz inkişafımızı, etdiyimiz səhvləri, həyatda olan məqsədimizi və bu kimi fikirlərə cavab tapdıqca həyat bizə daha gözəl görsənəcək.
Yadınızda saxlayın ki, biz ancaq özümüz xoşbəxt olduğumuz zaman ətrafa da xoşbəxtçilik saça bilərik və ancaq öz məqsədimizə çatdığımız təqdirdə də ətrafa da yardım əli uzada bilərik.
Biz insanlarla yalnız onlar özləri istədikləri zaman və əlimizdə olan bir şey ilə bölüşə bilərik.Bu fikri hər zaman xatirinizdə saxladığınız zaman sizdə mübarizə, kin, əsəb – bu kimi mənfi emosiyalardan uzaq olacaqsınız.
Hər kəs həyatın dadını fərqli şeylərdə görür.Kimi isə rəqs etməkdə, kimi isə oxumaqda, kimi isə rəsm çəkməkdə, kimi isə dərzilik etməkdə və s – də həyatın dadını görür.Bu sözə ötəri baxmayın,bütün bu sadalananlar kimlər üçün isə sözün əsl mənasında həyatın dadıdır.
Unutmayın, həyatın bu dadının hər udumunun, hər damlasının, hər anının qədrini bilmək lazımdır!