HƏR ŞEYİ ÇATDIRMAQ ÜÇÜN NƏ ETMƏLİYİK ?
Aile.fenomen.az saytı maraqlı psixoloji xəbərləri sizinlə bölüşməyə davam edir.
Hər şeyi edib, lakin heç nəyi çatdıra bilməmək öz işini şüurlu şəkildə bölməyi bacarmayan insanların daimi şikayətlərindəndir.Bizim hər birimizə bərabər şəkildə gün ərzində 24 saat, həftə ərzində 7gün verilib.Hər birimizə zaman anlayışı göründüyü kimi eyni verilib və işini görüb yaxud görə bilməməmiz bizim məhsuldarlığımızın məhsuldarlıq səviyyəsindən asılıdır.Öz yerində duraraq effektiv hərəkət etmək olarmı ?
Şüurlu şəkildə planlaşdırma
İşini gözəl planlaşdıranlar sırasında ən çox kimi misal çəkirlər ?Bir qayda olaraq, əlbəttə ki, uğurlu iş adamlarının adı çəkilir.Əgər sizə belə insanlarla tanış olmaq rast gəlinibsə, yəqin ki, onların daim öz gələcək planlarını və günlük planlarını qeyd etdiklərinin şahidi olmusunuz.Çalışın ki, bütün işlərinizi diqqətinizdə daim saxlayasınız, bu peşəsindən asılı olmayaraq hər kəsə, həm ev xanımına, həm də uğurlu iş adamına aiddir.
Gündəlik tutmaq
İlk növbədə məhz sizin özünüz üçün rahat ola biləcək bir gündəlik tutun.Bu gündəliyə siz gün ərzində nəzərdə tutduğunuz işlərin planının və ümümiyyətlə gününüzlə bağlı hər şeyi yazın.Hər qeyd etdiyiniz işə ciddiyyətlə yanaşın, bütün yazılan maddələri həll etməyə çalışın.Əgər yazılan hər hansı bir işi edə bilməmisiniz, yaxud da ki, vaxtınız çatmayıb, mütləq o işi sabah həll etmək üçün dəridən – qabıqdan çıxın.
Tapşırıqların ayırd edilməsi
Artıq gündəliyi həyatınıza əlavə etdikdən sonra oraya yazgığınız qeydləri ayırd edin.Onları çox mühüm olan yaxud o qədər də mühüm olmayan, birincinövbəli, ikincnövbəli fərqləndirmə ilə ayırd edin.Belə olan təqdirdə siz ilk növbədə ən vacib işinzi yerinə yetirmiş, günün sonuna isə daha kiçik işlərinizi həll etmiş olacaqsınız.Və bu vərdiş nəticəsində siz ən vacib və mühüm olan işinizi etməyi çatdıra biləcəksiniz.
Aktivlik bacarığını inkişaf etdirmək
Doğurdan da sizin planlarınız adi qeyd dəftərçəsindən artıq baş vermiş kimi həyata keçə bilərmi ?Bu sizin təşkiletmə bacarığınızdan və öz şəxsi aktivliyinizdən asılıdır.Hər şeyi çatdıra bilmək üçün böyük iradə qüvvəsi lazımdır, bu isə təəssüflər olsun ki, hər insanda lazımi qədər inkişaf etməyib.
Lazımsız işlərin rədd edilməsi
Bu məsələdə hər şey asandır.Sizə həqiqətən də saatlarla televizor qarşısında lazımsız verilişlərə, xəbərlərə, filmlərə baxmaq lazımdırmı? Həyatda bizə qızıldan da dəyərli olan vaxtımızı ona sərf etməyimiz nə dərəcədə şüurlu və mətiqli addımdır ?Əgər siz həyatda nə istədiyini bilən və vaxtını səmərəli şəkildə planlaşdırmağı bilən birisinizsə, o zaman siz bu sadalananların əslində boş vaxt sərfiyyatı olduğunu anlayacaqsınız və bu cür zamanı boş yerə məhv edən vərdişləri özünüzdən uzaqlaşdıracaqsınız.
İndiki zamanda internet hava – su kimi önəmli olduğunu hər birimiz bilirik.Lakin, artıq işiniz planlaşdırdıqdan və onu yerinə yetirdikdən sonra sosial şəbəkərdə olmanızı məsləhət görürük.Belə olan halda, dərhal artıq məhsuldarlığınızın necə artdığının şahidi olacaqsınız.