Hamiləlik üçün hansı yaş daha DOĞRUDUR ?

loading...

 

 

Aile.fenomen.az saytı mütəxəssislərin hamiləlik üçün uyğun hesab etdikləri yaş dövrünü sizinlə bölüşəcək.

Yəqin ki, çoxumuza bu sual maraqlıdır – doğum və hamiləlik üçün ən uyğun yaş hansıdır ?

Hamiləlik hər iki halda təhlükəli sayıla bilər, həm erkən yaş dövründə, həm də gecikmiş yaş dövründə.Bu mövzu üzərində mütəxəssislər də daimi axtarışdadırlar.

Uşaqların yeniyetməlik dövrü hər ölkədə fərqli yaş dövründə hesablanır.Məsələn, Rusiyada bu 18 yaşda, Avropa və ABŞ – da 19 yaşında əsas götürülür.Məhz bu yaş dövründə doğum və abortlar pik səviyyəyə çatır.

Həmçinin nəzərə bunu da almaq lazımdır ki, mövcud hamiləlik əvvəlcədən planlaşdırılıb ya yox.Əgər hamiləlik plansız şəkildə baş veribsə, bu gələcəkdə doğulacaq körpə üçün də, elə gənc ananın özünə də bir sıra ciddi problemlər yarada bilər.

Çox gənc olan hamilə qadın –  bu tibbi nöqteyi cəhətdən də mühüm problemdir.Orqanizm tam formalaşmadığı üçün ana və körpə üçün çox ciddi təhlükələr, yəni, hamiləliyin erkən pozulması və bədəndə toksikozlara ( zəhərlənmə ) səbəb ola bilər.Hər şey yaxşı getsə belə, çox gənc yaşda doğum halı həmin orqanizm üçün həddindən artıq güclü gərginlikdir.Bu proseslərin sonu isə müxtəlif əməliyyatlarla və keysəriyyə əməliyyatları ilə sonlanır.

Lakin müəyyən qədər gənc yaşda olan qadın doğuma daha şüurlu şəkildə hazır olur.Ancaq unutmaq olmaz ki, bu zaman da bir sıra nuanslar ortaya çıxır.Müəyyən yaşa sahib olan qadınlarda isə hər hansı bir xəstəliklər,stressin yaşanması və müxtəlif pis vərdişlərə meyillilik halları daha çox rast gəlinir.Bütün bunlar da doğum və hamiləlik zamanı risk faizini yüksəldir.

Eyni zamanda müəyyən yaşdan sonra doğum zamanı irsi amillər ( orqanizmdə xromosomların sayına təsir edir) də təsirini göstərməyə başlayır.Məsələn, əgər sizi yaşınız 35 – dən yuxarıdırsa bu hamiləlik artıq bir qədər riskli xarakter daşıyır.

Qadınlar üçün ilk körpəsini dünyaya gətirmək üçün ideal yaş dövrü 20 – 26 yaş arası dövrüdür.

loading...
Oxşar xəbərlər