Hamiləlik və Qadın sağlamlığı
Aile.fenomen.az saytı qadınların həytının ən mühüm anı olan hamiləlik haqqında və onun qadın sağlamlığına necə təsir etməsi haqqında məlumat verəcək.
Ana olmağa hazırlaşan və artıq ana olmuş hər qadının hamiləliyin onun sağlamlığına necə təsir etməsi haqqında müəyyən qədər məlumatı vardır.Hamiləlik hər qadına başqa cür təsir edir.Bu proses bəzi qadınları cavanlaşdırdığı təqdirdə, digərlərinin bir sıra ciddi problemlərlə üzləşməsinə səbəb olur.
Cavanlaşdığı zənn edilən qadınlarda əsasən bu irəliləmələr nəzərə çarpır : dəri daha da cavan və gözəl olur, sinənin forması gözəlləşir, fiziki güc artımı baş verir və infeksiyalara qarşı cavab reaksiyası yüksəlir.
Hamiləlikdən sonra bir sıra qadınların sadalayacağımız problemləri üzə çıxır : saçlar nazikləşir və tökülməyə meyilli olur, dəridə müxtəlif piqment ləkələri yaranır, dəridə çoxsaylı dartılmalar baş verir və immunitet zəiflədiyi üçün müxtəlif xəstəliklərə daha tez təslim olur.
Görəsən hamiləlik qadın sağlamlığına niyə bu qədər fərqli şəkildə təsir edir ?Gəlin bunun səbəblərini araşdırmağa çalışaq.
Hamiləlik zamanı qadın orqanizmi dəyişilir və demək olar ki, yenidən qurulur.Orqanizmdə bir hormonun sayı sürətlə yüksəldiyi anda, digərlərinin sayı azalmağa başlayır.Lakin hər hormon əlbəttə ki, öz növbəsində qadın vücudunda öz izini saxlayır.Bu hormonların qoyduğu izlər xoşniyyətli olduğu qədər, bədniyyətli də ola bilər.Bunların hər biri irsi faktorlardan, qadının fərdi sağlamlıq durumundan və hamiləliyin gedişatindan və s. səbəblərdən asıldır.
Bir çox qadınlar hamiləlikdən sonra öz bədənlərində sellülit bəlası ilə də üzləşirlər.Sellülitin yaranma səbəbi isə qadınların hamiləlik zamanı necə qidalanması və öz dərilərinə necə qulluq etməsindən asılıdır.
Hamiləlik orqanizmi ən kritik rejimdə işləməyə məcbur edir.Zəif və passiv orqanizmə hamiləlik mənfi, güclü və aktiv bədənə isə yaxşı təsir edir.
Hamiləlik zamanı heç bir səbəbdən asılı olmayaraq, hər qadın özünə.qidalanmasına,dərisinin qulluğuna diqqət etməlidir.Çünki gözəl və diqqətli keçirilmiş hamiləlik nəticəsində sağlam övlad dünyaya gəlir.