Qadın prezervativləri haqqında bilmədiyiniz və istifadə olunması - FOTO,VİDEO

loading...

Qadın prezervativləri haqqında bilmədiyiniz və istifadə olunması - FOTO,VİDEO

Qadın prezervativi arzuedilməyən hamiləlikdən və cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün istifadə edilir. Qadınların vaginal kanalına yerləşdirilir. Bu prezervativ lateks və ya poliuretandan hazırlanmış və kisə formasında olan məhsuludur. Femidom ("female condom”) kimi də tanınır. Qadın prezervativləri haqqında bilmədiyiniz faktlarla sizi tanış edirik.

Kişi prezervativləri də lateksdən hazırlanır. Lakin artıq qadın prezervativlərinin çoxu poliuretandan hazırlanır. Bunun səbəbi poliuretanın istilik ötürmə xüsusiyyətinə malik olmasıdır. Bu xüsusiyyəti sayəsində qadın prezervativi vagina divarlarına yapışır, istiliyi yüksək nisbətdə keçirir və cinsi münasibət əsnasında varlığı çox az hiss edilir.

Qadın prezervativi silindr formasındadır və halqası olan iki ucu var. Bağlı olan ucdakı  halqanın vəzifəsi uşaqlıq ağzını "qucaqlamaqdır”. Açıq ucdakı halqa isə vagina girişinin ətrafına yapışaraq, cinsi xəstəliklərə, infeksiyalara, viruslara qarşı qoruma təmin edir.

17 sm-lik qadın prezervativi cinsi əlaqədən 8 saat əvvələ qədər vaginaya yerləşdirilə bilər.

Cinsi əlaqə əsnasında ehtiyac duyulan sürüşkənliyi təmin edən quruluşa malikdir. Ancaq xüsusi krem və yağ da istifadə etmək mümkündür. 

Oxşar xəbərlər