Hamilə qala bilməyən xanımların nəzərinə: bunun səbəbi...

loading...

Hamilə qala bilməyən xanımların nəzərinə: bunun səbəbi...

Cütlüklərin 50 faizi təkrarlanan hamiləlik itkiləri ilə qarşılaşır. Bu mövzu diaqnozu ən çətin qoyulan hamiləlik problemlərindən biridir. Türkiyəli professor Sevtap Hamdemir Qılınc təkrarlanan hamiləlik itkiləri haqqında danışıb. Bununla bağlı mütəxəssisin fikirlərini təqdim edirik. Həkim bildirir ki, bəzən hamilə olduğunuzun fərqinə belə, varmadan menstruasiya qanaması ilə səssizcə uşaq salma baş verə bilər: "Cinsi münasibət zamanı döllənmə reallaşar, lakin döllənmiş məhsul uşaqlığa düşmür və səssizcə menstruasiya qanaması ilə xaric edilir. Bu isə o deməkdir ki, hamilə qalmağı bacarırsınız, lakin onu saxlaya bilmirsiniz”.

 

 

Təkrarlanan hamiləlik itkilərinin səbəbləri

 

Həkim təkrarlanan hamiləlik itkilərinin səbəblərini də sıralayıb:

 

1. Uşaqlıq strukturunda pozulmalar və uşaqlıq ağzının qeyri-kafiliyi

 

2. Hormonal pozulmalar

 

3. İnfeksiya

 

4. Xromosom pozulmaları

 

5. İmmunitet sistemi xəstəlikləri

 

6. Ekoloji və digər faktorlar

 

 

Uşaqsalmadan sonra diqqətli hamiləlik üçün

 

 

Yaşın çox olması hamiləlik itkisi üçün əhəmiyyətli faktordur. Erkən doğum və xarici hamiləlik də uşaqsalmaya səbəb olur. Həkim deyir ki, təkrarlanan hamiləlik itkisi yaşayan insana ilk növbədə dəstək olmaq lazımdır: "Təkrarlanan hamiləlik itkilərindən sonra nəzarətli hamilə qalmaq vacibdir. Ümumi bir müayinədən sonra qan testləri etdirmək lazımdır. Bundan sonra isə hamilə qalmağı planlaşdıra bilərsiniz. Qan testlərində qan laxtalanmasına diqqət edilməlidir. Trombofil vəziyyətində plasentaya gedən qan axını laxtalarının meydana gətirdiyi tıxanma nəticəsində uşaqlıqda olan körpə yaxşı qidalanmır və itirilir. Qan testindən sonra hamiləlik müddətində laxtalanmanın qarşısını alan dərmanlar istifadə edilir”.

 

Bütün müalicələrə baxmayaraq, qadın itirilmiş hamiləlik halları ilə tez-tez rastlaşırsa, süni mayalanma etdirə bilər. Sağlam embrion uşaqlığa transfer edilməklə hamiləlik reallaşdırıla bilər: "Təkrarlanan hamiləlik itkinlərinin öhdəsindən tək gəlməyə çalışmayın. Mütləq həkimə müraciət edin. İlk hamiləliyi müalicə ilə sağlam formada reallaşdıra bilsəniz, sonrakı hamiləlikləriniz qaydasına düşər”.


loading...
Oxşar xəbərlər