Hamiləlik dövründə normal qəbul edilən ağrılar doğuşun xəbərçisi ola bilər

loading...

Hamiləlik dövründə normal qəbul edilən ağrılar doğuşun xəbərçisi ola bilər

Hamiləlik dövründə normal qəbul edilən bel ağrıları bəzi hallarda xəstəlik və ya erkən doğuşun xəbərçisi ola bilər. Bu barədə həkimlər xəbərdarlıq edir. Hamiləliyin son aylarında müşahidə edilən bel ağrıları körpənin artan çəkisi səbəbindən ortaya çıxır və normal qəbul edilir. Çəki artımı ilə yanaşı, hormonal və anatomik dəyişikliklər, ləyən sümüyündəki bağlar və oynaqlarda olan mexaniki basqının artması kimi amillər də bel ağrısına təsir göstərir. Lakin türkiyəli ortopediya və travmatologiya mütəxəssisi Rəcəb Kurnaz hamiləlik dövründə yaranan bel ağrısının bu qədər sadə qarşılanmamasını bildirir. Bu barədə həkimin fikirlərini təqdim edirik.

 

Hamiləlikdə, xüsusilə, 2 həftədən çox davam edən ağrılar zamanı həkim müayinəsi əhəmiyyətlidir: "Hamiləlik müddətində davamlı olan bel ağrılarının arxasında hər hansı metabolik xəstəliyin olub-olmaması ortaya çıxmalıdır. Bunun üçün ana namizədinin kalsium, fosfat, 25-hidroksi və D vitamin dəyərlərinə nəzarət edilir. Onurğa infeksiyaları, sakrolialik oynaq çıxıqları, pelvik və ya onurğa qırıqları və şişlər kimi əlamətlər də hamiləlik dövründə bel ağrısına səbəb olur”.

 

Bel ağrılarını azaltmağın mümkün olduğunu bildirən R.Kurnazın sözlərinə görə, bunun üçün oturarkən arxaya söykənmək, qalxarkən sinəni dik tutmaq, çiyinləri geriyə ataraq gəzmək faydalıdır: "Yaxşı duruş mövqeyi eyni zamanda etibarlı və düzgün oturma mənasını verir. Oturarkən kürəyi dəstəkləyən bir kürsü seçmək və ya kiçik yastığa dəstəklənmək lazımdır. Hamilələr tamamilə dabansız ayaqqabı yerinə alçaq dikdabanlar seçməlidirlər. Kiçik obyektləri qaldırarkən ayaqlardan dəstək alınmalı, kürəyə və ya belə yüklənilməməlidir. Yatarkən ayaqların arasına yastıq qoyaraq yanı üstə yatmaq məsləhətdir. Piyada yerimək və suda edilən yüngül məşqlər kimi nizamlı fiziki fəaliyyət də kürəyi gücləndirir və ağrıların azalmasını təmin edir. Kürək ağrısı eyni zamanda erkən doğuş əlaməti ola bilər. Kürək ağrısı ilə birlikdə qanama baş verərsə, sidiyə gedərkən yanma və istilik kimi şikayətlərin olması da gizli qalan başqa bir xəstəliyin əlaməti ola bilər. Əgər 2 həftədən çox davam edən şiddətli kürək ağrısı varsa, buna laqeyd yanaşmayın”. 


loading...
Oxşar xəbərlər