Hamiləlikdə masturbasiya körpəyə zərər verir?

loading...

Hamiləlikdə masturbasiya körpəyə zərər verir?

Hamiləlik bir qadının həyatında keçirə biləcəyi ən gözəl dövrlərdən biridir. Bir həyatın içinizdə canlanmağa başladığını hiss edərək keçirilən bu zaman kəsiyində qadının bədənində bir çox dəyişiklik baş verir. Xüsusilə ilk 3 ayda xarici görünüşdə hər hansı bir dəyişiklik gözlə görünəcək dərəcədə olmur. Lakin sonrakı 6 ayda qadın bədənində bir çox dəyişiklik baş verir. Bunlardan ən əhəmiyyətlisi isə qarnın böyüməyə başlamasıdır. Sonra isə sinələrdə dolğunluq hiss edilməyə başlayır, döşlər böyüyür, omba və bel ətrafında yağlanma başlayır. Bəzi hamilələr bu dövrdə özünü daha seksual hiss edərlər, bəziləri də çox çəki aldığını düşünərək depressiyaya düşürlər. Aile.Fenomen.az türkiyəli qadın xəstəlikləri və doğuş mütəxəssisi Esra Cömərtin hamilə qadınların cinsi dəyişikliyi haqqında maraqlı araşdırmasını təqdim edir.

 

Həkim bildirir ki, hamiləlik dövründə qadının cinsi həyatı, istək və arzuları dəyişə bilər. İlk 3 ayda ürək bulanma, qusma, davamlı yuxu ilə keçən müddətdə hamilə qadınlar cinsi münasibət haqqında düşünmürlər. Həyat yoldaşının cinsi əlaqə tələbləri çox zaman mənfi nəticələnir: "Hamiləlik dövründə cinsi münasibət və seks üçün israr etmək düzgün deyil. Hamiləliyin 3-cü ayından sonra klitoral xəbərdarlıq daha tez baş verir. Sonrakı 3-6 ayda hamilə qadın sanki yatdığı qış yuxusundan oyanır və yorğunluq halını keçib ətrafına baxmağa başlayır. Hamilə qadınlar bu zaman bədənində olan dəyişiklikləri daha rahat hiss edir. Döşlərindəki dolğunluq gözlə görüləcək dərəcədə hiss edilir, alt bölgəyə, yəni vulva dediyimiz sahəyə qan axıntısı artır. Bu qan axıntısı vulvadaki həssaslığı artırır. Yəni klitoral xəbərdar daha tez olar. Hamilələr bu dövrdə yaşadığı cinsi əlaqədən və ya masturbasiyadan daha çox həzz alırlar. Bu dövrdə hətta heç vaxt yaşamadıqları orqazma belə çata bilərlər”.

 

Uzman hamiləlik dövründə edilən masturbasiyanın körpəyə zərər verib-verməyəcəyindən də bəhs edib. Həkim heç bir zərər və ya ziyan verməyəcəyini vurğulayır. Masturbasiya hamilə qadında hər hansı bir sıxılma, gərginlik və ya ağrı yaratmır: "Erkən doğuş kimi bir risk yoxdur və körpəyə zərər vermir. Lakin tez-tez edilərsə, onsuz da sidik yolu infeksiyası olmağa meylli hamilə qadınlarda bu vəziyyəti daha da artıra bilər. Qeyd edək ki, klitorun oyanması məqsədilə edilən bu prosesin sidik dəliyi ilə əlaqəsi yoxdur. Lakin səhvən də olsa, o bölgəni travma vəziyyətinə gətirib çıxarmaq sidik yolu infeksiyasını artıra bilər. Doğum əsnasında edilən masturbasiya isə ağrıları azalda bilər”.

 

Həkim sonda onu da əlavə edib ki, cinsəllik hamiləlik dövründə də yaşanmalıdır. Körpəyə hər hansı ziyan verməkdən qorxan bir çox cütlüklər bu dövrlərdə cinsi əlaqəyə girmirlər. Lakin həkiminiz hamiləliyinizi hər hansı risk qrupuna aid etmirsə, rahat cinsi həyatınızı davam etdirə bilərsiniz.


loading...
Oxşar xəbərlər